SON XƏBƏRLƏR

Ruhani: “Mən dünyada bir millətin bu qədər xarici mediaya önəm və üstünlük verməsini az görmüşəm”

2021.10.20, 07:36
Ruhani: “Mən dünyada bir millətin bu qədər xarici mediaya önəm və üstünlük verməsini az görmüşəm”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani, iyunun 13-ü axşam saatlarında media nümayəndələri ilə görüşərək, ölkə əhalisinin əksəriyyətinin daxili media və telekanallara etinasızlığından, xarici media və telekanallara önəm verməsindən gileylənib.

 

Ruhani deyib ki, İranda insanlar ölkədə və dünyada baş verənlərdən xəbərdar olmaq, düzgün informasiya əldə etmək üçün xarici mediaya üz tuturlar: “Mən, dünyada bir millətin bu qədər xarici mediaya önəm və üstünlük verməsini az görmüşəm. Təəssüflər olsun ki, ölkə əhalisi daxili mediaya önəm vermir, ona biganə yanaşır. Dünyanın heç bir ölkəsində insanlar öz daxili medialarına bizdə olduğu kimi bu qədər etinasızlıqla yanaşmırlar. Bir millət üçün ən böyük dərd odur ki, dünyada baş verənləri izləmək üçün öz mediasından imtina etsin və xaricdən informasiya alsın. Bu isə qəbul edilməzdir.

 

Hesab edirəm ki, bu vəziyyət islah olunmalıdır. Elə etmək lazımdır ki, bu vəziyyət aradan qaldırılsın və daxili media insanların və bir sözlə millətin informasiya qaynağına çevrilsin”.

 

Ruhani, İran millətinin daxili media və telekanallara baxmamasının səbəbinə toxunmasa da, ölkədə azad mətbuatın olmaması, hökumətin medianın sərbəst fəaliyyətinə qadağalar qoyması, media və telekanalların təhlükəsizlik qüvvələrinin nəzarətində fəaliyyət göstərməsi və onlara qoyulan senzura, müstəqil jurnalistlərin həbs olunaraq repressiyalara məruz qalması və bu kimi hallar, insanların daxili mediadan üz döndərməsinin əsas səbəblərindən biri sayılır.

 

Qeyd edək ki, İran mediasının yaydığı rəsmi statistik rəqəmlərə əsasən, hazırda ölkə əhalisinin 75 fazindən çoxu, informasiya əldə etmək üçün xarici medianı izləyir, peyk antenləri vasitəsilə yayılan xarici telekanalların verilişlərinə baxmağa üstünlük verirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar