Ruhani: “Məsullarımız bu cinayətin cavabını vaxtında verəcəklər”

2020-11-28 13:56

İran prezidenti Həsən Ruhani bu gün mediaya açıqlamasında islam respublikasının tanınmış nüvə alimi Möhsün Fəxrizadə Mahabadiyə qarşı terror aktı törədilməsinə münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article


Nüvə aliminə qarşı törədilən sui-qəsdi İsraillə əlaqələndirən Ruhani deyib ki, ölkə əhalisi “sionistlərin məkrli planlarının tələsinə” düşməməlidir: “Düşmənlər bilməlidir ki, İran milləti və məsullarımız bu cinayəti cavabsız qoymayacaqlar. Bizim şücaətli və qeyrətli məsullarımız bu cinayətin cavabını vaxtında verəcəklər.


Vəhşicəsinə törədilmiş bu terror aktı bir daha göstərdi ki, düşmənlərimiz iztirab dolu son həftələrini keçirirlər. Düşmənlər bizə qarşı təzyiq dövrünün başa çatdığını və dünyada vəziyyətin dəyişdiyini hiss edirlər. Məhz buna görə də, bu son həftələr onlar üçün mühümdür və onlar regionda sabitliyi pozmaq üçün bu qısa müddətdən maksimum istifadəni etməyə çalışırlar.


Lakin bizim millət düşməndən daha ağıllıdır və sionistlərin məkrli planlarının tələsinə düşməyəcəklər. Bizim isə düşmənin məkrli planından çoxdan xəbərimiz var və onun öz xəbis niyyətlərinə çatmasına imkan verməyəcəyik. 


Həm sionistlər, həm də İrana zidd olan digər qüvvələr bilməlidir ki, ölkənin nüvə sahəsindəki tədqiqat və inkişafı sürətlə davam etdiriləcək və Fəxrizadənin əldən getməsi ilə onun yeri boş qalmayacaq və çoxlu Fəxrizadələr meydana çıxaraq onun yolunu davam etdirəcək, yerini dolduracaqlar”,-deyə, İran prezidenti əsən Ruhani əlavə edib. 


Xatırladaq ki, “Sepah”ın yüksək səviyyəli zabitlərindən olan, İranın “nüvə proqramının atası” kimi tanınan Möhsün Fəxrizadə Mahabadi noyabrın 27-si günorta saatlarında Tehranın yaxınlığındakı “Dəməvənd” bölgəsinin “Absərd” məntəqəsində beş-altı naməlum silahlı şəxsin hücumuna məruz qalaraq öldürülüb.


Silahlı şəxslər əvvəlcə şəxsi mühafizəçilərinin iki avtomobilinin müşayiəti ilə hərəkət edən nüvə aliminin avtomobili yanında bomba dolu “Nissan” markalı bir avtomobili partladaraq, Möhsün Fəxrizadəni aparan maşını dayandırıblar. Sonra isə 5-6 nəfər olduqları bildirilən hücumçular hər iki tərəfdən onun avtomobilini atəşə tutublar. 


Hücumçular hadisə yerindən qaça bilsələr də, onlardan birinin yaxalandığı bildirilir. Bir neçə güllə yarası alan nüvə alimi hadisə yerinə gələn helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. 


İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəisi vəzifəsində çalışan və beynəlxalq aləmdə İranın nüvə proqramının “sirli adamı” kimi tanınan Möhsün Fəxrizadənin adı bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısına salınmışdı.


  A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21

gun az article

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

2021-01-21

gun az article

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

2021-01-21

gun az article

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

2021-01-21

gun az article

İranda koronavirusdan daha 93 nəfər ölüb, 6 204 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-21

gun az article

Lloyd Austin: “İran regiondakı qüvvələrimizə və müttəfiqlərimizə qarşı bir təhdiddir”

2021-01-21

gun az article

Ağ Evin yeni sözçüsü: “Bayden İranla bağlı ABŞ müttəfiqləri ilə məsləhətləşəcək”

2021-01-21

gun az article

Ərdoğan: “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”

2021-01-21

gun az article

Ölkə əhalisinin sayı AÇIQLANDI

2021-01-21

gun az article

İran XİN başçısı Azərbaycana səfər edəcək

2021-01-21

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI

2021-01-21

gun az article

Co Bayden and içdi – Fotolar və VİDEO

2021-01-21

gun az article

GünazTV Jan.20.2021 : “Tramp Ağ Evdən gedir, Bayden isə gəlir”

2021-01-20

gun az article

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

2021-01-20

gun az article

Azərbaycan xalqı şəhidlərini yad edir - FOTOLAR

2021-01-20

gun az article

Ruhani Amerikanın yeni hökumətini nüvə sazişinə qayıtmağa çağırıb: “Bu gün top Vaşinqtonun meydançasındadır”

2021-01-20

gun az article

İranda daha 84 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 57 000 nəfəri keçib (Rəsmi statistika)

2021-01-20

gun az article

İranda sərnişin avtobusnun TIR-la toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

2021-01-20

gun az article

İran Donald Trampa və Amerikanın daha 9 rəsmisinə qarşı sanksiya qoyub

2021-01-20

gun az article

Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

2021-01-20