SON XƏBƏRLƏR

Ruhani: “Parlament seçkilərində deputatların seçilmək əvəzinə təyin ediləcəklərindən narahatam”

2021.10.20, 07:36
Ruhani: “Parlament seçkilərində deputatların seçilmək əvəzinə təyin ediləcəklərindən narahatam”

Gunaz.tv

GünAz TV: İran prezidenti ötən gün valilərlə görüşü zamanı Parlament seçkilərinə namizədliyini irəli sürmüş şəxslərin namizədliklərinin Nəzarət Şurası tərəfindən təsdiqlənməsi prosesində kompleks saxtakarlıqların həyata keçirilməsini dolayısı ilə etiraf edib.

 

O, çoxlu sayda insanın namizədliyinin qəbul edilməməsini İranda “demokratiya və suverenliyə qarşı təhdid” adlandırıb.

 

Nəzarət Şurası millət vəkili olmaq istəyən 14500 nəfərdən 9500-nün namizədliyini “islami şərtlər və vilayəti-fəqihə” tabe olmama bəhanəsi ilə rədd edib. Namizədliyi qəbul edilməyən həmin şəxslər arasında hazırki deputatlardan 92 nəfərinin adı da var. Bu səbəbdən Ruhani hökumətinə bağlı reformistlər və mötədil mühafizəkarlarla Nəzarət Şurası arasında son günlər ərzində qalmaqal yaşanır.

 

Fevralın 21-də keçiriləcək Milli Məclis seçkilərində islahatçıların kürsülərin əksəriyyətini itirəcəyindən narahat olan Ruhani ötən günki görüşdə bu dəfə millət vəkillərin xalq tərəfindən seçilmək əvəzinə müəyyən şəxslər tərəfindən təyin ediləcəklərindən narahat olduğunu dilə gətirib.

 

“Demokratiya və suverenliyə qarşı ən böyük təhdid seçkilərin formal xarakter aldığı gündür. İnsanları bunun baş verməyəcəyinə inandırmalı və onlara bizim sistemin 1 partiyalı sistem olmadığı göstərməliyik”,- deyə Ruhani əlavə edib.

 

İran prezidenti həmçinin Nəzarət Şurasını idarə edən ifrat mühafizəkarlara üz tutaraq, onlardan seçkilərdə rəqabət mühiti formalaşdırmağa imkan yaratmalarını tələb edib. O, insanları da “nöqsanlar”a baxmayaraq, seçkidə iştirak etməyə çağırıb.

 

“Bəzi vaxtlar mən səs vermək istəməyə bilərəm. Bəzi vaxtlar isə ümumiyyətlə seçki qutularındakı səsin bir rol oynayacağına ümidimi itirə bilərəm. Əsl təhlükəlı vəziyyət budur...”,- deyə Ruhani vurğulayıb.

 

İran prezidenti sonda ölkədə “bir gün respublika sözünün cinayət hesab ediləcəyindən” qorxduğunu dilə gətirib. Lakin o, bununla bağlı detallara toxunmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar