"Xalqı təhqir etməyin"- Ruhani prezidentliyə namizədləri riyakarlıqda suçladı

2021-06-09 15:54

İran prezidenti Həsən Ruhani prezidentliyə namizədləri ikiüzlülükdə, yalan danışmaqda, xalqın şüurunu təhqir etməkdə və hökumətinə qarşı böhtan atmaqda günahlandırıb.

Gunaz.tv Quote | Gunaz article

Bu gün Nazirlər Kabinetinin iclasında çıxış edən prezident 8 illik hökumətinin ölkə üçün gördüyü işləri müdafiə edib, prezidentliyə namizədləri dünənki debatda səsləndirdikləri fikirlərə və  seçicilərə verdikləri qeyri-real vədlərə görə qınayıb.


O, hökumətini tez-tez tənqid edərək onu səriştəsizlikdə və ölkənin indiki böhrana düşməsində günahlandıran və hakimiyyətin mühafizəkarlar qanadına bağlı olan əsasən 5 namizədi hökuməti ilə bağlı yalan statistika yaymaqda, ölkə qadınlarını, gəncləri, eləcə də milli və dini azlıqları aldatmaqda və yalan təbliğat aparmaqda günahlandırıb. 


“Mən üzümü hökumətimi və onun müxtəlif sahələrdə yürütdüyü siyasətini tənqid edən və onu ölkədəki mövcud böhranın yaranmasında günahlandıran namizədlərə deyirəm ki, xalqla zarafat etməyin və onun şüurunu təhqir etməyin. ən azı ona görə ki, millət keçmişdə nələr baş verdiyini və kimlərin iş üstdə olub vəzifə daşıdığını yaxşı bilir.


Nəzərə alımaq lazımdır ki, bu gün növbəti hökuməti ələ almağa çalışanlar Marsdan gəlməyiblər və bundan əvvəl müxtəlif vəzifə və postlarda çalışıblar. 


Elə buna görə də hesab edirəm ki, əgər bu gün ölkədə hansısa bir problem və ya çətinlik varsa, onlar da bunun ortaya çıxmasında rol oynayıblar. 


Bu günlər prezidentliyə namizədlər arasında keçirilən debatlarda müxtəlif və müsbət sözlər eşdirik. Bəh-bəh, nə əcəb bu günlər qadınlar, gənclər, ölkədəki etnik qruplar və sünni məzhəbindən olan vətəndaşlar yada düşüblər. 


Bu günlər namizədlər debatda qadınlarla gənclərin və milli və dini azlıqların hüququndan, şiə-sünni qardaşlığından və onların bərabərliyindən danışır, onların hüququna hörmətlə yanaşılmasının vacibliyini vurğulayırlar.

Allaha şükürlər olsun ki, bu günlər güya hər şey yaxşıdır.  Qadınlar, gənclər və ölkədəki etnik və dini azlıqlar bu günlər necə də əzizləşiblər və hamı onların hüququndan danışır. Lakin bir sual ortaya çıxır, bu namizədlər niyə bundan əvvəl bu barədə danışmırdılar və niyə məhz indi bu mövzulara toxunurlar. 


Gəlin ictimai rəylə və xalqın şüuru ilə zarafat etməyək və insanlara yalan danışmayaq. Xalq hər şeyi yaxşı başa düşür.


Bu dəfəki seçkilərdə namizədlərin debatlarda dediyindən belə çxır ki, ölkənin hər yerində vəziyyət yaxşıdır və heç bir işdə və ya sahədə ən kiçik bir nöqsan və irad da yoxdur. Lakin mövcud olan bütün nöqsanlar, iradlar və səriştəsizliklər yalnız mənim hökumətimlə əladardır. 


Maraqlısı da budur ki, bu gün ölkədə sosial şəbəkələrin və internetin azad fəaliyyətini təbliğ edən və onlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa çalışan bzi namizədlər bundan əvvəl bizə hökumətə təzyiq göstərərək, bizdən  internetə süzgəc qoyulmasını və onun fəaliyyətinin məhdudlaşdırılmasını tələb edirdilər.


Maraqlı olan digər məsələdə odur ki, bu gün hökuməti hər şeydə günahkar sayanlar namizədlər, keçirilən debatlarda bircə dəfə də olsun, nə Trampdan və nə onun ölkəyə qarşı başlatdığı iqtisadi savaşdan, ölkəyə qarşı tətbiq edilən sanksiyalardan və hökumətin bu baxımdan üzləşdiyi çoxli çətinliklərdən danışımırlar”, -deyə İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. 

اولین مناظره انتخاباتی ریاست جمهوری - باشگاه خبرنگاران

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri Moskvaya qayıdıb

2021-06-24

gun az article

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub

2021-06-24

gun az article

Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı

2021-06-24

gun az article

Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

2021-06-24

gun az article

Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

2021-06-24

gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24