SON XƏBƏRLƏR

Ruhani: "Sanksiyalar bizi 200 milyard dollardan məhrum edib"

2021.10.20, 07:36
Ruhani: "Sanksiyalar bizi 200 milyard dollardan məhrum edib"

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının sanksiyaları səbəbindən son 2 il ərzində neft satışının kəskin azaldığını və bunun nəticəsində də azı 200 milyard dollardan mərhum olduqlarını deyib.

 

O qeyd edib ki, əgər sanksiyalar olmasaydı, İran 2 il ərzində neft satışı və digər sahələrdən əlavə 200 milyard dollar qazanmış olardı. Ruhani maksimum təzyiq siyasəti nəticəsində ölkənin 1979-cu ildən bu yana ən çətin dövrünü yaşadığını etiraf edib.

 

"Mən müharibədən öncə, müharibə zamanı və ondan sonra həmişə müxtəlif vəzifələrdə işləmişəm. Lakin ölkə heç vaxt bu günkü kimi çətin vəziyyətdə olmayıb", - deyə İran prezidenti əlavə edib.

 

Həsən Ruhani bir neçə gün öncə seçki qabağı verdiyi vədləri yerinə yetirə bilməməsini də sanksiyalarla bağlamışdı.

 

Xatırladaq ki, Ruhani Tokioya etdiyi son səfər zamanı sanksiyaların qaldırılacağı təqdirdə, ABŞ-la yenidən danışıqlara başlamağa hazır olduqlarını bir daha bəyan etmişdi. Buna baxmayaraq, "dini lider" Əli Xamneyi rəsmi Vaşinqtonla hər cür müzakirəyə qarşıdır.

 

Digər tərəfdən, Avropa ölkələri İrana xəbərdarlıq edərək, bu ölkənin nüvə öhdəliklərinə yenidən tam əməl etmədiyi təqdirdə, nüvə razılaşmasını tərk edəcəklərini bildiriblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar