SON XƏBƏRLƏR

Ruhani: “Süleymaninin intiqamını Amerikadan alacağıq”

2021.10.20, 07:36
Ruhani: “Süleymaninin intiqamını Amerikadan alacağıq”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Amerikadan “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin intiqamını alacaqlarını deyib.

 

O qeyd edib ki, Süleymaninin intiqamını “İran xalqı və regionun digər azad xalqları” alacaq. Ruhani həmin “azad xalqların” adını açıqlamayıb.

 

Sözlərinin davamını anti-Amerika mövqeyi ilə davam etdirən İran prezidenti intiqamı hansı formada alacaqları və ya ABŞ ilə birbaşa müharibəyə girib-girməyəcəkləri ilə bağlı detalları açıqlamayıb.

 

Xatırladaq ki, ötən gecə Qasım Süleymani və Həşdəş-Şəbi qruplaşması rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis Amerikanın hərbi helikopterlərinin Bağdadda həyata keçirdiyi raket hücumunda öldürülüblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar