SON XƏBƏRLƏR

Ruhanidən Makrona: "İnstexin ilk ticari əməliyyatı müsbət, amma qeyri-kafi idi"

2021.10.20, 07:36
Ruhanidən Makrona: "İnstexin ilk ticari əməliyyatı müsbət, amma qeyri-kafi idi"

Gunaz.tv

GünAz TV: İran Prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makron ilə telefon vasitəsilə danışıb.

 

Tərəflər görüş zamanı "İnstex" adlanan maliyyə kanalı vasitəsilə həyata keçirilmiş ilk əməliyyatı, İranın nüvə öhdəlikləri, koronavirus böhranı və digər bu kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Həsən Ruhani sözügedən kanal vasitəsilə bir neçə gün öncə həyata keçirilmiş ilk ticari əməliyyatı müsbət dəyərləndirsə də, onun qeyri-kafi olduğunu deyib. O, bu kanal vasitəsilə təkcə dərman və qida deyil, digər məhsulların alış-satışını da həyata keçirmək istəkləri olduğunu dilə gətirib.

 

Xatırladaq ki, "İnstex" maliyyə kanalı 2015-ci ildə nüvə razılaşmasını imzalayan 3 avropa ölkəsi- İngiltərə, Fransa və Almaniya tərəfindən İranla ticari əlaqələri davam etdirmək üçün işə salınıb. Bu mexanizm sayəsində tərəflər yalnız sanksiyaların tətbiq edilmədiyi humanitar məhsulların alış-satışını həyata keçirə bilərlər.

 

Ruhani sonda Amerika sanksiyalarının ölkəsinin koronavirusla mübarizəsinə mənfi təsir etdiyini bir daha iddia edərək, Makrondan embarqoların ləğv edilməsi istiqamətində səy göstərməsini istəyib.

 

Makron isə öz növbəsində Ruhanini yenidən öz nüvə öhdəliklərini əməl etməyə başlayaraq, beynəlxalq ictimaiyyətə hörmət qoymağa və regionda hökm sürən qeyri-stabilliyin sona çatmasına kömək etməyə çağırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar