SON XƏBƏRLƏR

Ruhaninin müavini: "FATF layihələrini qəbul etməsək, bundan dəfələrlə pis vəziyyətə düşəcəyik"

2021.10.20, 07:36
Ruhaninin müavini: "FATF layihələrini qəbul etməsək, bundan dəfələrlə pis vəziyyətə düşəcəyik"

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhaninin hüquq məsələləri üzrə müavini Ləya Cüneydi ölkə rəsmilərinə FATF layihələri ətrafında yaranmış fikir ayrılıqları ilə bağlı xəbərdarlıq edib.

 

O, iştirak etdiyi televiziya proqramında Ruhani hökumətinin sözügedən layihələrlə bağlı mövqeyini dəstəkləyərək, FATF-ə qoşulmamağın ölkənin bank sisteminin "sirrlərin"dən bir çoxunu ifşa edəcəyini deyib. Lakin o, bu "sirrlər" barədə heç bir açıqlama verməyib.


"Rəsmi Tehran layihələri qəbul etməsə, iki aydan sonra Maliyyə Hesabatları Hazırlayan Xüsusi İşçi Qrupunun, yəni FATF-in qara siyahısına salına bilər. Bundan sonra Çin və Rusiya kimi ölkələr də İranla ticari əlaqələri davam etdirə bilməyəcəklər. Beləlikə, ölkə hazırki vəziyyətdən dəfələrlə pis duruma düşəcək", -deyə Ləya Cüneydi fikrini tamamlayıb.


Xatırladaq ki, FATF-in İrana layihələri qəbul etməklə qara siyahıya düşməməsi üçün son dəfə verdiyi möhlət hüququ fevral ayının ortalarında sona çatır. İşçi Qrupu bu müddətin sonuncu olduğunu bəyan edib.


Digər tərəfdən, Palermo və CFT layihələri hazırda qəbul edilmək üçün İran Ali Məsləhət Şurasında araşdırılır. Bu gün Ali Məsləhət Şurasının hər iki layihə ilə bağlı keçirdiyi növbəti görüş də nəticəsiz sona çatıb.


Qeyd etmək lazımdır ki, dövlət və bəzi millət vəkilləri layihələrin qəbulunun tərəfdarıdır. Lakin buna qarşı çıxan mühafizəkarlar bildirirlər ki, sözügedən layihələrin qəbulu Amerika sanksiyalarını pozmağı çətinləşdirməklə yanaşı, Həmas və Hizbullaha edilən yardımları da məhdudlaşdıracaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar