SON XƏBƏRLƏR

Ruhaninin müşaviri: “Son etirazlarda bəzi günahsız adamlar da öldürülüb”

2021.10.20, 07:36
Ruhaninin müşaviri: “Son etirazlarda bəzi günahsız adamlar da öldürülüb”

Gunaz.tv

GünazTV: İran prezidentinin mədəni işlər üzrə müaviri Hesaməddin Aşina dekabrın 1-də jurnalistlərə açıqlamasında son etirazlarda rejim qüvvələri tərəfindən bəzi günahsız insanların da səhvən öldürülməsindən danışıb.

 

O deyib ki, küçələrə axışaraq etirazlara qatılanların hamısı “iğtişaşçı” olmayıb: “Biz heç vaxt etirazlara qatılanların hamısının iğtişaşçı olmasını deməmişik. Bizdə olan məlumatlara etirazlarda ölənlər arasında günahsız olanlar da olub. Belə ki, son etirazlarda bəzi günahsız adamlar da öldürülüb. Bəziləri də iğtişaşçıların arxadan atdığı gülləsinə tuş gəlib.

 

Lakin etirazçıların hüquq-mühafizə qüvvələri tərəfindən öldürülməsi ehtimalına gəlincə, bu məsələ araşdırılır” –deyə, İran prezidentinin mədəni işlər üzrə müavini Hesaməddin Aşina əlavə edib.

Hesaməddin Aşina, hökumət baxımından etirazçılardan kimlərin günahkar və ya günahsız olduğu məsələsini açıqlamayıb.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar