SON XƏBƏRLƏR

Ruhulla Həzrətpur Xocalı qətliamının ildönümündə Nikol Paşinyanın Tehrana dəvət edilməsinə etiraz edib – VİDEO

2021.10.20, 07:36
Ruhulla Həzrətpur Xocalı qətliamının ildönümündə Nikol Paşinyanın Tehrana dəvət edilməsinə etiraz edib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Xocalı qətliamının ildönümündə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfərini pisləyib.

 

Millət vəkili bu barədə martın 17-də parlamentdə çıxışı zamanı danışıb.

“Xarici İşlər Nazirliyinə üzümü tutaraq deyirəm; Xocalı müsəlmanlarının qətliam günündə Ermənistan baş nazirinin İrana səfər edərək bir sıra problemlər yaratmasının nə mənası var? Rəhbərin də dediyi kimi, hansı ki, Azərbaycan əhalisi də buna inanır, Qarabağ islam torpağıdır. İndi mən sual edirəm, Fələstinlə Qarabağın fərqi nədən ibarətdir?

İslam Cümhuriyyəti müsəlman dünyasının bir önəmli ölkəsidir. Biz məntəqədə birləşdirici rol oynayıb, dünya üzrə bütün məzlum müsəlmanları müdafiə etməliyiq”- deyə o bildirib.

 

Millət vəkili çıxışını aşağıdakı şeirlə yekunlaşdırıb:

“Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan

Vətən eşqi məktəbində can verməyə öyrənmişik

Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan”

 

https://www.youtube.com/watch?time_continue=25&v=POi43CQQssY

 

 

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb.

İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb oldu, bununla əlaqədar çox sayda etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar