SON XƏBƏRLƏR

RUMINİYADAKI GƏNC SOYDAŞLARIMIZ DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİNƏ MÜRACİƏT ETMİŞLƏR

2021.10.20, 07:36
RUMINİYADAKI GƏNC SOYDAŞLARIMIZ DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİNƏ MÜRACİƏT ETMİŞLƏR

Gunaz.tv
RUMINİYADAKI GƏNC SOYDAŞLARIMIZ DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİNƏ MÜRACİƏT ETMİŞLƏR AzərTAc xəbər verir ki, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının Buxarest şəhərində keçirilən növbəti toplantısında bu ölkədə yaşayan gənc soydaşlarımız dünya azərbaycanlı gənclərinə müraciət qəbul etmişlər. Müraciətdə dünya azərbaycanlı gənclər müstəqil dövlətçilik ənənələrini uca tutaraq Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratikləşmə proseslərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamlı olmasına əməli işlərlə töhfə verməyə, ölkəmizin bundan sonra da inamla irəliləməsinə dəstək olmağa, bu məqsədlə bütün qüvvə və bacarıqlarını səfərbər etməyə çağırılırlar. Həmvətənlərimizə, həmçinin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə doğma torpaqlarımızı düşmənin işğalından azad etməyə hazır olmaq tövsiyə edilir. Müraciətdə dünyanın azərbaycanlı gənclərinə qarşıdan gələn prezident seçkilərində ölkəmizin rifahı naminə səylərini əsirgəməyən, xalqımızın etimadını və dəstəyini qazanmış, ölkəmizdə sabitliyin, əmin-amanlığın və müstəqilliyimizin dönməzliyinin, əldə edilmiş nailiyyətlərin davamlı olmasının təminatçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırış da yer almışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar