SON XƏBƏRLƏR

Rus Generalı, Rusiya və Ermənistanın gələcəyi üçün "həyəcan təbil"i çalır

2021.10.20, 07:36
Rus Generalı, Rusiya və Ermənistanın gələcəyi üçün "həyəcan təbil"i çalır

Gunaz.tv
"Rusiyanın "mövcudluq resepti"ni Soljenitsin hələ neçə ilə əvvəl yazmışdı..." Rusiyada 2000-ci ildən başlayaraq, Vladimir Putinin başladığı, sonra isə Dmitri Medvedyevin davam etdirdiyi siyasət artıq artıq ölkə daxilində həyəcanlı proqnozlara yol açıb. Bu günlərdə Geosiyasi Problemlər Akadamiyasının prezidenti, general Leonid İvaşov "Avrasiya" jurnalındə çıxmış məqaləsində qarşıdakı on ildə Rusiyanın vəziyyətini ağırlaşdıracaq amillərin xeyli güclənəcəyini bildirib. General yazıb ki, Rusiya 2020-ci ilə qədər qlobal silahlanma yarışında nəinki Birləşmiş Ştatlarla Çindən, hətta Yaponiya və Türkiyədən də geri qalacaq. İvaşova görə, yaxın on ildə Gürcüstan və Ukraynanın, eyni zamanda, Azərbaycanın NATO-ya daxil olması ilə Rusiya Qara və Xəzər dənizlərindəki mövqelərini bütünlüklə itirə bilər. Generalın ehtimalına görə, qarşıdakı on ildə Amerika və İsrailin İranla bağlı planlarının reallaşması Rusiya, Qazaxıstan və Türkmənistanın Xəzərdəki statuslarını minimum səviyyəyə endirəcək. İvaşovun bu çərçivədəki fikirlərinin Ermənistana aid hissəsi daha maraqlıdır. Onun fikrincə, Rusiyanın sıxışdırılması və İranın sıradan çıxarılmasının ən bögük zərbəsi məhz Ermənistana dəyəcək: "Ermənistan isə tam izolyasiyada qalacaq və perspektivdə müstəqil dövlət kimi varlığına son qoyclacaq, bu dövlət yoxa çıxacaq". Göründüyü kimi, artıq Rusiyanın müstəqil analitikləri ilə yanaşı, generalitet mənsubları da Rusiya və onun müttəfiqlərinin gələcəgi üçün "həyəcan təbili" çalır. Politoloq Məhərrəm Zülfüqarlı rus generalın məlum proqnozlarının reallığa uyğunluğu qənaətindədir: "Əslində, bu kimi fikirlər həmin generaldan çox əvvəl səsləndirilib. Xatırladım ki, illər öncə məşhur rus yazıçı-dissidenti Aleksandr Soljenitsin da buna bənzər mövqe bildirmişdi. Yazıçı Rusiya hakimiyyətin müraciətində yazırdı ki, onun imperiyapərəst siyasətinin heç bir müsbət nəticəsi olmayacaq. Ona görə də, Rusiya daha böyük itkilərlə üzləşməmək üçün öz tarixi ərazilərinə çəkilməlidir. Əks halda, ölkənin əvvəl yaşadığı bir çox faciələr təkrarlanacaq. Bu, əlbəttə, müəyyən qədər pafosla yüklənmiş bir yazıçı mövqeyi idi. Amma gördüyünüz kimi, Soljenitsinin həmin fikirlərini neçə il sonra araşdırma mərkəzləri yenidən diqqət mərkəzinə gətirir. Ümumiyyətlə, Rusiyanın və başqa ölkələrin tanınmış müstəqil təhlilçilərinin regionun yaxın gələcəyinə dair proqnozlarında Rusiya üçün müsbət perspekivin olduğu göstərilmir. Onlar sözsüz ki, apapdıqları hərtərəfli tədqiqatlar nəticəsində bu qənaətə gəlirlər. Hər halda, Rusiya hakimiyyətinin yaratdığı görüntüyə baxmayaraq, ölkənin vəziyyəti həqiqətən də ağırdır. Rusiyada doqquz il əvvəl formalaşmış yeni hakimiyyətin siyasəti ölkənin dirçəldilməsinə yönəlmiş olsa da, seçilmiş yol bu məqsədə çatmağı çox çətinləşdirir. Həmin siyasətin ilkin dönəmində Kreml ideoloqlarının planları müəyyən səviyyədə reallaşırdı. Bunun da başlıca səbəbi Rusiyanın dünyaya ixrac etdiyi xammalın, xüsusilə də, neft və neft məhsullarının qiymətinin sürətlə artması idi. Xammal və silah satışından satışından büdcəsinin artırmağa nail olmuş Rusiya seçilmiş siyasətin həyata keçirilməsində ciddi çətinliklərlə qarşılaşmırdı. Bunun da sayəsində Putin hakimiyyəti keçmiş prezident Yeltsinin dönəmində aparılmış mütərəqqi islahatları tamamilə əks istiqamətə çevirdi. Məsəslən, Yeltsin regionlara maksimum sərbəstlik verilməsinin tərəfdarı idi və bu istiqamətdə əsaslı dəyişikliklər üçün zəmin yaradılmışdı. Nəticədə regionlar yerli özünüidarəetmə sahəsində çox böyük müstəqillik qazanmışdı. Onların mərkəzdzn asılılığı isə haradasa formal xarakter daşıyırdı. Amma Putinin ilk addımlarından biri və birincisi mərkəzi hakimiyyətin regionlar üzərində səlahiyyətlərinin yenidən artırılmasına yönəldi, qanunvericilik də buna uyğunlaşdırıldı. Nəticədə özünüidarətmə sayəsində inkişaf yoluna çıxmış regionlar yenə də ən adi məsələlərdə belə mərkəzi hakimiyyətin iradəsindən asılı vəziyyətə düşdülər. Bu isə Yeltsin islahatlarının tamamilə aradan qaldırılması demək idi. Rusiyanın bir il əvvəl Gürcüstana qarşı hərbi təcavüzündən sonra isə vəziyyət kəskin surətdə dəyişməyə başladı. Neftin dünya bazarında sürətlə ucuzlaşması Rusiyanın gəlirlərinin kəskin surətdə azalması ilə nəticələndi. Bununla da Putin-Medvedyev rejiminin antiislahat siyasətinin fəsadları tam ciddiliyilə üzə çıxdı. Demək artıqdır ki, inkişaf səviyyəsində görə Rusiyanın regionları bir-birindən xeyli fərqlənir. Mərkəzi hakimiyyət isə ölkənin dayanıqlığını saxlamaq məqsədilə zəif inkişaf etmiş bölgələri başqa regionların hesabına "dolandırmaq" xətti götürüb. SSRİ-nin heç də uzaq olmayan təcrübəsini xatırlasaq görərik ki, orada da bəzi respublikalar digərlərinin hesabına ayrılan dotasiyalarla mövcudluğunu saxlayırdı. Amma Sovet rejiminin bütün cəhdlərinə baxmayaraq, imperiyanın iqtisadi dayanıqlığını saxlamaq mümkün olmadı və sürətli süqut prosesi başladı. Müqayisə aparsaq, Rusiyanın da artıq "süqut yolu"na çıxdığını görərik. İqtisadiyyatı xammal satışı üzərində qurulmuş Rusiya Qərb və Amerika ilə başa-baş mübarizə aparmaq gücündə deyil. Bunu bilə-bilə dediyimiz siyasətin davam etdirilməsi isə vurğuladığımız nəticəni tezləşdirəcək. Rusiyanın belə bir vəziyyətə düşməsi, sözsüz ki, onun Cənubi Qafqazdakı forpostu olan Ermənistana da təsirsiz ötüşməyəcək. Diqqət edirsinizsə, özünü Rusiyanın vassalına çevirmiş bu ölkədəki bəzi çevrələr ara-sıra Qərb və NATO-ya inteqrasiya məsələsini qaldırırlar. Bir müddət əvvəl Bolqarıstanda keçirilmiş beynəlxalq konfransda da şahidi oldum ki, erməni nümayəndələr özlərini necə "qərbpərəst" göstərirdilər. Yəni erməni cəmiyyətində Rusiya ilə müttəfiqliyin onlara müsbət heç nə verməyəcəyinin fərqindədirlər və indidən özlərinin Qərbə "rəğbətlərini" nümayiş etdirirlər. Bundan nəticə çıxarmaq lazımdır. Elə bir siyasət aparmalıyıq ki, hazırda rusları "böyük qardaş" seçib ərazilərimizi işğal edən Ermənistan sabah başqa bir hami tapıb, indiki siyasətinə dəstək qazansın. Azərbaycan hadisələrin bütün inkişaf variantlarına hazır olmalıdır". Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar