SON XƏBƏRLƏR

Rusiya ABŞ-ın yeni sanksiyalarını “amansız” adlandırdı

2021.10.20, 07:36
Rusiya ABŞ-ın yeni sanksiyalarını “amansız” adlandırdı

Gunaz.tv

GünAz TV: Rusiyanın Vaşinqtondakı səfirliyi Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin Moskvaya qarşı yeni sanksiyalarını şərh edib.

 

Oxu.Az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın saytında məlumat verilib.

 

“Avqustun 8-də bizim Dövlət Departamentindəki müşavir elçimizə düşünülmüş bəhanə ilə yeni “amansız” sanksiyalar bəyan edildi. Heç bir fakt və sübut təqdim olunmadı.

 

Suallarımıza isə ABŞ tərəfi məxfiliyi bəhanə gətirərək, cavab vermədi. Eyni zamanda, bəyan edildi ki, “Rusiyanın kimyəvi silahdan istifadə etməsi” ilə bağlı kifayət qədər sübutu var”, - diplomatlar deyiblər.

 

Xatırladaq ki, avqustun 8-də Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı məlumat verib. O, Moskvanı “bioloji və ya kimyəvi silahdan istifadə etməklə beynəlxalq hüquq normalarını pozmaqda” ittiham edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar