SON XƏBƏRLƏR

Rusiya Azərbaycanı təhdid edir

2021.10.20, 07:36
Rusiya Azərbaycanı təhdid edir

Gunaz.tv
Rusiya Azərbaycanı təhdid edir Ölkədən çıxan pulların fantastik həcmi rəsmi Kremli təşvişə salıb Rusiya və Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə keçib və səmərəli, praqmatik istiqamətdə inkişaf edir” APA-nın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB və soydaşlarla əlaqələr komitəsinin sədri Aleksey Ostrovski Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya mediasına müsahibəsində deyib. Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 16 il keçdiyini deyən Ostrovski bildirib ki, bu müddət ərzində əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib. İki ölkə arasında iqtisadi əlaqələrə toxunan deputat qeyd edib ki, 2007-ci ilin göstəricilərinə görə, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir. Humanitar əməkdaşlıqdan danışan A. Ostrovski bildirib ki, rəsmi məlumatlara görə hazırda Azərbaycanda 140 minə yaxın rus yaşayır: “Bu ölkədə rus dili təşviq olunur və yayılır, gənc azərbaycanlıların bir hissəsi rus dilində təhsil almaq imkanından istifadə edir, özlərinin gələcəyini rus dili ilə bağlayırlar”. Bununla yanaşı Ostrovski Azərbaycanda rusdilli informasiya məkanının daraldığını, Rusiya telekanallarının bu ölkəyə yayımının dayandırıldığını deyib. Bu məsələ ilə bağlı danışıqların davam etdiyini bildirən deputat dialoqun ümidverici olmadığını vurğulayıb. Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığını bildirən komitə sədri bunu Azərbaycanda sosial stabilliyin vacib faktorlarından adlandırıb: “Çünki Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi neft satışından əldə olunan gəlirlərlə müqayisə oluna biləcək həddədir”. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar