"30 milyon güneyli Azərbaycanın arxasındadır”-Əhməd Obalı və Güney türklərindən Rusiyaya MÜHÜM MESAJLAR-VİDEO

2021-04-24 20:04

​​​​​​​Son günlər Qarabağ ətrafında oynalan oyunlar Güney Azərbaycan türklərinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın narahatlığına səbəb olub.  

Gunaz.tv Quote | Gunaz article

Xüsusən bölgədə Rusiyanın son davranışları həssaslıqla izlənilir. Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı Güney Azərbaycan türklərinə etdiyi müraciətdə baş verənlərin narahatlıqla izlənildiyini bəyan edib:

"Biz bilirik ki, Rusiya istəməsə ermənilər heç bir iş görə bilməz. Ona görə də biz güneylilər Azərbaycan dövlətinə sözümüzü deməliyik. Biz istəyirik ki, Rusiya bilsin ki, Cənubi Azərbaycanın fikri nədir. Bu gün Azərbaycan xalqı da,  dövləti də bilməlidir ki, o tək deyil. Bu gün 30 milyon Güney Azərbaycan türkü Azərbaycanın tam arxasındadır”. Bunu dünya azərbaycanlılarına müraciətində Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı bildirib. 


Əhməd Obalı deyib ki, heç kim Azərbaycanı özünü yalnız bilməməlidir: “Rusiya bilməsin ki, Azərbaycan xırda bir məmləkətdir. Azərbaycan çox böyük bir məmləkətdir. Onun 30 milyonu da cənubda olan bizlərik. Biz heç bir zaman icazə verməməliyik ki, düşmənlərimiz gəlib açıq aydın bizə düşmənçilik edələr. Bu gün Rusiyanı yerində oturtmasaq, gəlib olanı da əlimizdən alar. Güney Azərbaycanlı, sənin vətəninin erməninin əlindən qurtarandan sonra bu dəfə Rusiya almaq istəyir.

 

Rusiya bilməlidir ki, Güney Azərbaycan bu mövzuda nə düşünür. Biz Rusiyanı Azərbaycanda görmək istəmirik. Cəhənnəm olsun, getsin. Biz ayağa qalxmalı, Rusiya səfirliyinə məktub yazmalı, etirazlar etməliyik. Bildirməliyik ki, bu, qəbulolunmaz bir məsələdir. Mən öz torpağımda antiterror əməliyyatı aparmaq istəyirəm.

 

Sən kimsən mənə mane olasan?! Azərbaycan Respublikası 10 milyondur, amma Azərbaycan bütövlükdə 40 milyondur. Qoy bilsinlər ki, Azərbaycan türkləri Şimali Azərbaycanı tək qoymayacaq. 40 milyon Azərbaycan dəmir yumruq kimi Rusiyaya deyir ki, ya bizimlə dost olacaqsan, ya da dşümənçilikdən əl çəkməsən, biz sənə düşmən olacağıq”.

 

Qeyd edək ki, Güney Azərbaycandan canlı yayına qoşulan soydaşlarımız Əhməd Obalınin birlik və həmrəylik mesajlarına dəstək veriblər. Soydaşlarımız ermənilərə və Qarabağda oyunlar quran Rusiyaya ciddi xəbərdarlıq edib. Güney Azərbaycanın müxtəlif bölgələrindən verilişə qatılan soydaşlarımız Azərbaycanın haqlı davasının yanında olduqlarını bildiriblər. 

Verilişə telefonla qatılan Güney Azərbaycan türkləri Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib, hər zaman Azərbaycanın arxasında durmağa hazır olduqlarını bildiriblər. 

 

Əhməd bəyin video-müraciətini təqdim edirik:

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21