SON XƏBƏRLƏR

Rusiya prezidenti Dmitri Medvedev iyulun əvvəlində Azərbaycana səfər edəcək

2021.10.20, 07:36
Rusiya prezidenti Dmitri Medvedev iyulun əvvəlində Azərbaycana səfər edəcək

Gunaz.tv
Rusiya prezidenti Dmitri Medvedev iyulun əvvəlində Azərbaycana səfər edəcək dmitrimedvedyev.jpg Bakı. Laçın Sultanova-APA. Rusiya prezidenti Dmitri Medvedev iyulun əvvəlində Azərbaycana rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Dmitri Medvedev bu gün Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib. Xatırladaq ki, Dmitri Medvedev prezident seçkilərində qələbə çalandan sonra İlham Əliyev onu təbrik edib və Azərbaycana səfərə dəvət edib. apa ---------------------------------------------------------------------- Rusiya millətçiləri konfrans keçirəcəklər Bakı. Laçın Sultanova - APA. İyunun 8-də Moskvada “Yeni siyasi milliyyətçilik” adlı konfrans keçiriləcək. Konfransın təşkilatçılarından biri olan “Narod” hərəkatından APA-ya verilən məlumata görə, tədbirin digər təşkilatçıları “Velikaya Rossiya” siyasi partiyası, Qeyri-leqal Miqrasiya ilə Mübarizə Hərəkatı və Rus İctimai Hərəkatıdır. Konfransın məqsədi vətəndaş milliyyətçiliyi konsepsiyası ətrafında milliyyətçi təşkilatların konsolidasiyası, yaxın dövr üçün məqsəd və vəzifələrin müəyyən edilməsi, müasir Rusiya siyasəti üçün əməkdaşlığın yeni formalarının bəyan olunmasıdır. Tədbirin nəticələri əsasında konfrans təşkilatçılarının fəaliyyətinin koordinasiyası haqqında sazişin imzalanacağı gözlənilir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar