SON XƏBƏRLƏR

Rusiya rəsmisi: İrana qarşı BMT qətnaməsinin astanasındayıq

2021.10.20, 07:36
Rusiya rəsmisi: İrana qarşı BMT qətnaməsinin astanasındayıq

Gunaz.tv

GünAzTv: Rusiya - Amerika münasibətlərində yeni istiqamətlər meydana çıxıb" - bu fikirləri Vaşinqtondakı Rusiya səfirliyində keçirdiyi mətbuat konfransında Rusiya baş nazirinin müavini Sergey İvanov səsləndirib. Onun sözlərinə görə, bir çox məsələdə hər iki ölkə yaxşı qarşılıqlı anlayış göstərir: "ABŞ administrasiyasının yeni baxışlar ortaya qoymağa cəhd göstərdiyini görürük. İki ölkə arasında nüvə sahəsində əməkdaşlıqla bağlı imzalanmış müqavilənin təsdiqlənməsi üçün Konqresə göndərilməsini yüksək qiymətləndiririk. Bundan əlavə, Vaşinqton və Moskvanın raketdən müdafiə sistemi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi ehtimalı da qalmaqdadır".      Qeyd edək ki, İvanovun Vaşinqton səfərində Rusiya ilə ABŞ arasında Avropada vahid RMS-in yaradılması sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub: "Bu çox çətin mövzudur. Rusiyanın özünün RLS-lərindən birgə istifadəyə dair təklifləri qüvvədə qalmaqdadır. Hazırkı iqtidarın əvvəlki sələfinin planlarından imtina etməsi ilə bağlı bu sahədə müzakirələr daha sakit keçir. İndi əməkdaşlıq üçün daha çox şans yaranıb. Bizim cənubdakı radarlarımız dedikdə tək Qəbələ RLS-i yox, həm də Krasnodar və digər rayonlardakı qurğularımızı da nəzərdə tuturam".       İvanovun sözlərinə görə, RMS sisteminin təşəbbüskarlarının məntiqi ilə çıxış edilsə, bu sistem daha çox cənub rayonlarını müdafiə etmək üçündür. Çünki təhlükə nə Avropa, nə də Rusiyadadır. Rusiya rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər Moskvaya ABŞ hökumətinin harada nə tikmək istəməsinə dair tam məlumatlar verilməlidir. İstisna edilmir ki, iki ölkə arasında əməkdaşlıq üçün xüsusi məqamlar tapılsın. Lakin bu, hamı tərəfindən qəbul edilə biləcək vəziyyətdə baş verməlidir: "Birlikdə təhdidləri, riskləri, texniki qərarları müəyyənləşdiririk, onları necə zərərsizləşdirməyin yollarını axtarıb tapırıq, daha sonra isə nəyisə yaratmağa başlayırıq. Bunun nəticəsində köhnədən RMS-lə bağlı informasiya mübadiləsi ideyasının reallaşdırılması da mümkün olacaq".       İvanov onu da vurğulayıb ki, hər iki ölkə yaxın vaxtlarda kosmik gəmilər üçün birgə mühərriklərin hazırlanması və yenilərinin istehsal edilməsi ilə bağlı layihələrin reallaşdırılması məsələsini də həll edəcək: "Əgər uzaq kosmosdan danışılırsa, bu, 100 faiz o deməkdir gəmiləri aparmaq üçün istifadə olunan raketlər və kosmik gəmilərin özləri üçün yeni mühərriklər lazımdır. Bizim mütəxəssislərin qənaətincə, bunun üçün ən yaxşı məqam nüvə enerjisi ilə işləyən mühərriklərdir".       Nüvə enerjisi sahəsində əməkdaşlığa gəldikdə isə İvanov özünü "bu müqavilənin vəkili" adlandırıb. Onun sözlərinə görə, əgər bu razılaşma qüvvəyə minsə, yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər yaradacaq. Bütün bunların hamısı Rusiyanın İrana qarşı yeni sanksiyalarda iştirakını da nəzərdə tutur: "Biz İrana qarşı yeni BMT qətnaməsinin astanasındayıq. Mən bu məsələni amerikalı həmkarlarımla da müzakirə etdim. Mənim müdafiə naziri Robert Qeyts, dövlət katibi Hillari Klinton, Con Kerri, Uilyam Berns, Ceyms Conson və digərləri ilə görüşlərim oldu".      İran məsələsi bu görüşlərin əsas müzakirə obyekti olub. İvanov etiraf edib ki, Rusiyanın İranla çox məhdud çərçivədə hərbi əməkdaşlığı mövcuddur. Lakin bu məsələni həll etmək mümkündür. Çünki Moskva İranın nüvə və ya raket proqramının inkişafı üçün heç bir addım atmır. Həmçinin bu ölkəyə strateji hücum silahları da satmır: "Biz nüvə və raket proqramları təhlükəsi ilə mübarizə aparırıq. Bütün bunların hamısını qarışdıraraq sanksiyalara daxil etmək düz deyil. Bundan əlavə, mümkün sanksiyalar sadə iranlıların həyat tərzinə təsir etməməlidir".       İvanov onu da bildirib ki, Buşəhr stansiyası sanksiyalara daxil edilməyəcək. Çünki tamamilə dinc məqsədlər üçün nəzərdə tutulmuş və MAQATE-nin nəzarətində olan nüvə energetikasının atom silahlarının yayılmasına dəxli yoxdur. Baş nazirin müavini Rusiya və ABŞ-ın İrana münasibətdə baxışlarının fərqləndiyini söyləyib. Onun sözlərinə görə, Vaşinqtonun bu gün İranda heç bir iqtisadi, siyasi marağı yoxdur: "Bizdə isə vəziyyət fərqlidir. İran bizim qonşumuzdur. Bizim qarşılıqlı ticari-iqtisadi əlaqələrimiz və onun perspektivdə genişləndirilməsi imkanları var. Bizim İranda enerji maraqlarımız mövcuddur". Həftə-içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar