SON XƏBƏRLƏR

Rusiya Suriyada ordu itkilərini açıqlayıb

2021.10.20, 07:36
Rusiya Suriyada ordu itkilərini açıqlayıb

Gunaz.tv

GünAz TV: Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev, Rusiyanın Suriyada əməliyyatlara başlamasından bu yana 112 rus əsgərinin öldürldüyünü açıqlayıb.

 

Avropa.info-nun yaydığı məlumata görə, Bondarev bunu Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə keçirilən mətbuat konfransında deyib.

 

Sovetlər Birliyi dövründə Əfqanıstanda ilk üç il ərzində təxminən 4800 əsgər, ən az 60 tank və 400 zirehli vasitə, 15 təyyarə, 97 helikopter itirdiklərini xatırladan Bondarev, Rusiyanın Suriyada 3 il ərzində 112 əsgər itirdiyini qeyd edib.

“Hazırda silahlı qüvvələrimiz Suriyada 112 əsgər itirib. Bu əsgərlərin təxminən yarısı An-26 təyyarə qəzası və İl-20 təyyarənin vurulması zamanı ölüb. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli maşın itirmişik”.

 

Bondarev, 2003-2006-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda ABŞ rəhbərliyindəki koalisiyanın 2515 hərbçi, 10-20-ə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini də xatırladıb.

 

Rusiyanın AN-26 tipli hərbi təyyarəsi bu ilin 6 martında Hmeymim hərbi hava bazasında texniki səbəblərlə qəzaya uğramış, içində olan 39 rus əsgəri həyatını itirmişdi.

 

Sentyabrın 17-də kəşfiyyat uçuşu keçirən və 15 əsgər daşıyan Rus İl-20 təyyarəsi isə Aralıq dənizi üzərində Suriya hava müdafiə raket sistemi ilə vurulmuşdu.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar