SON XƏBƏRLƏR

Rusiyada seçkinin nəticəsi ilə barışmayan Müxalifətçilər etiraz aksiyaları keçiriblər

2021.10.20, 07:36
Rusiyada seçkinin nəticəsi ilə barışmayan Müxalifətçilər etiraz aksiyaları keçiriblər

Gunaz.tv

GünAz TV: Ötən gecə Rusiyanın paytaxtı Moskvada müxalifətin icazəsiz aksiyası (yürüş) keçirilib. 250-ə yaxın aksiya iştirakçısı həbs olunsa da, sonradan azad olunub.

«Şəffaf seçkilər uğrunda» keçirilən aksiyalarda 14 minə yaxın insan iştirak edib. Müxalifət fəalları Vladimir Putin siyasətdən getməyənədək Puşkin meydanını tərk etməyəcəklərini bildiriblər. Polisin meydanı tərk etmək barədə çağırışlarına məhəl qoymayan akçsiyaçılar müxtəlif şüarlar səsləndiriblər. Bundan sonra polis həbslərə başlayıb. Bir qədər sonra həbs edilənlər sərbəst buraxılıblar.

GünAz TV mətbuat mərkəzinin “Lidet TV”-yə istinadən yaydığı məlumata görə, Sankt-Peterburqda keçirilən aksiya zamanı isə 300-dən çox etirazçı həbs edilib. Bundan başqa bir qrup millətçi Tver küçəsi boyunca icazəsiz yürüş keçirməyə cəhd edib. Aksiyanın qarşısı alınıb. 20 nəfərə yaxın etirazçı saxlanılıb. Qarşıdurma zamanı bir polis əməkdaşı xəsarət alıb. Bu arada Vladimir Putin Novo-Oqorevada tərəfdarları ilə görüşüb. O, prezident seçkilərinin rus cəmiyyətini birləşdirdiyini deyib. Görüşə məşhur idmançılar, ictimai xadimlər, jurnalistlər və hökumət rəsmiləri qatılıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar