Rusiyadan təhlükəli ssenari: “Bu sənəd SSRİ-nın “xortlaması”nın təməli ola bilər”

2021-04-20 11:42

​​​​​​​“Bölgəmiz yenə qaynayır, çox vacib, həm də təhlükəli proseslər gedir, Rusiya öz rolunu gücləndirir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur”. 

Gunaz.tv Quote | Gunaz article

Bunu ReAL Partiyasının funksioneri Natiq Cəfərli deyib. Onun fikrincə, bölgədə Rusiyanın aktivliyi müşahidə olunur:

Siyasi avantüristlərin ardınca getməməliyik”-Natiq Cəfərli

“2007-ci il Münhen konfransında başlanan proses Rusiyanın güclənməsi xətti ilə gedir. Sonra 2008-ci il Gürcüstan hadisələri oldu - Qərb heç nə edə bilmədi, sonra Krım, Donbas, Belarus hadisələri, nəhayət ərazimizə "sülhməramlı" adı altında ordu soxması - bütün bu hadisələr zəncirində, hələ ki, udan Rusiyadır.


Qərb post-soveti ya tanımır, ya tanımaq, öyrənmək istəmir. Qərb düşünür ki, bütün post-sovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq”. 

 

Siyasi şərhçi Qərbin Belarusda ciddi səhv buraxdığını deyib: “Son 1 ildə ən böyük səhvlərindən biri Belarusda oldu - Lukaşenko avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu, Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşnaq istəyirdi. 

 

Son seçkilərdən öncə Kreml orada oyun qurdu -Lukaşenkonun əsas rəqibləri məhz Kremlin adamları idi, seçkilərdən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu aşağılamaqla məşğul idilər. Sonra seçkidən sonra Qərb səhv strategiya yürüdərək Rusiyanın əlinə oynadı, faktiki olaraq, “Batka”ya seçim qoymayaraq onu Kremlin qucağına itələdi.

 

Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq, Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır - ehtimalıma görə aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək - bu SSRİ-nın “xortlaması”nın təməli ola bilər”. 

 

Natiq Cəfərli bildirib ki, Kreml sonra çox asanlıqla Qırğızıstanı "udacaq": “Orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi, daha sonra növbə Qazaxıstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq, amma bizim üçün ən təhlükəli məqam Ermənistandlr - əgər Kreml yayda bu ölkədə keçirilən seçkilərdə planladığını etsə, rəsmi İrəvan yeni "SSRİ"-yə daxil olacaq”.  

 

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17

gun az article

Zaxarova: "Regionda nəqliyyat yollarını açmaq üçün səylərimiz davam edəcək"

2021-09-16

gun az article

İbrahim Rəisi: “İranın qonşu və region ölkələri ilə əlaqələri hökumətimizin prioritet məsələsidir”

2021-09-16

gun az article

QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək

2021-09-16