SON XƏBƏRLƏR

Rusiyanı etnik toqquşları bürüyüb

2021.10.20, 07:36
Rusiyanı etnik toqquşları bürüyüb

Gunaz.tv

GünAzTv: Baş verən etnik toqquşmalarında Minlərlə adam həbs olunub, onlarla yaralı var, bir azərbaycanlı qız həlak olub.

Rusiyada etnik və irqi zəmində toqquşmalar sürətlə ölkənin bütün regionlarını əhatə etməkdədir. Xatırladaq ki, iğtişaşlar “Spartak” futbol klubun azarkeşinin qafqazlılarla davada öldürülməsinə etiraz olaraq dekabrın 11-də ultramillətçi rus gənclərinin Moskvanın Manej meydanında təşkil etdikləri şiddətli qarşıdurmadan və qeyri-ruslara qarşı hücumlardan sonra güclənib.

Dekabrın 15-də axşam Qafqaz əsilli gənclər qisas olaraq Moskvanın Kiyev vağzalı qarşısına toplaşıblar, onlarla rus faşistləri arasında çoxsaylı qruplar halında qarşıdurmalar baş verib. Rusiya milisi qarşıdurmaları əngəlləmək üçün güc tətbiq edib, axşama qədər sakitlik olsa da, günün ikinci yarısında meydana 300 nəfərə qədər aqressiv davranışları ilə seçilən rus futbol komandalarının azarkeşləri, Qafqaz əsilli şəxslər toplanıb. “Rusiya yalnız ruslar üçündür”, “Moskva yalnız moskvalılar üçündür” şüarları səsləndirən ruslarla qafqazlılar arasında dava-dalaş başlayıb. Milis tərəfləri ayırmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edib. Dekabrın 15-də axşam saatlarında Moskvada baş verən qarşıdurmada Azərbaycan vətəndaşı olan bir qız həyatını itirib. Lent.az-ın “Qovorit Moskva” radiosuna istinadən verdiyi məlumata görə, o, Bolşaya Tatarskaya küçəsində tarixi məscid yaxınlığında baş verən iğtişaş zamanı həyatını itirib.  Onun kimliyi məlum deyil. Lakin digər xəbərə görə, Moskva şəhərində iğtişaşlar zamanı saxlanılan və xəsarət alanlar arasında azərbaycanlı yoxdur. Bu barədə ANS-ə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi İlqar Hacıyev məlumat verib. O, Azərbaycan vətəndaşlarına hadisələrin baş verdiyi Kiyev vağzalı ətrafında görünməmək barədə xəbərdarlıq edib.Rusiyanın baş naziri Vladimir Putin hesab edir ki, Moskvada baş verən iğtişaşların kökündə “Spartak” komandasının azarkeşi Yeqor Sviridovun öldürülməsi deyil, hakimiyyətin bu hadisələrə lazımi reaksiya verməməsi durur. “Media forum” saytı xəbər verir ki, dekabrın 16-da Vladimir Putin telekanallarla canlı yayılan müsahibəsində deyib ki, hakimiyyət orqanlarının baş verənlərə reaksiyası adekvat olmayıb: “Azarkeşin qətlində əli olanları buraxıblar. Amma heç kimin qanunu pozmaq haqqı yoxdur. Hakimiyyət belə vəziyyətin yaranmasına kəskin reaksiya verə bilərdi və verməlidir”.Putin bildirib ki, Moskvanın mərkəzində baş verənlərin günahını kütləvi kommunikasiyanın müasir vasitələrinin, habelə internetin üstünə yıxmaq olar: “Amma hüquq mühafizə orqanları bilməlidirlər ki, radikal ünsürlər öz tərəfdarlarını xəbərdar etmək üçün hansı müasir üsullardan yararlanırlar. Hüquq- mühafizə orqanları bunu nəzərə almalıdırlar. Amma məsələ təkcə bunda deyil. Radikallıq hər bir insanın orqanizmində olan virus kimi cəmiyyətdə həmişə mövcuddur. Amma insanın güclü immuniteti olanda bu viruslar inkişaf edə bilmir. Cəmiyyətdə də belədir: əgər cəmiyyətin müqaviməti güclüdürsə, o, kamildir və onda milliyyətçiliyin, radikallığın virusları ayrı-ayrı hücrələrdə oturur və orqanizmə müdaxilə etmir. Amma cəmiyyət zəiflik göstərirsə, ümumi müqavimət aşağı düşür və bu xəstəlik inkişaf edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar