SON XƏBƏRLƏR

Rusiyanın cənubunda güclü partlayış: 11 ölü

2021.10.20, 07:36
Rusiyanın cənubunda güclü partlayış: 11 ölü

Gunaz.tv

GünAzTv: Rusiya Federasiyasının Dağıstan Respublikasının Kizlyar şəhərində törədilən terror aksiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb. bunu şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Ölənlərdən 7-si milisdir. Bu barədə APA "RİA Novosti"-yə istinadən xəbər yayıb.

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən şəhərdə əvvəlcə bomba dolu "Niva" avtomobili partladılıb. Şahidlər və milis əməkdaşları hadisə yerinə toplaşdıqdan sonra milis forması geymiş kamikadze onların arasına daxil olaraq özünü partladıb.

Hadisə ilə əlaqədar Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov Kizlyara gedib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar