SON XƏBƏRLƏR

Rusiyanın İrandakı səfirliyinə dəyən beton qarışdıran maşında partlayış baş verib

2021.10.20, 07:36
Rusiyanın İrandakı səfirliyinə dəyən beton qarışdıran maşında partlayış baş verib

Gunaz.tv

GünAz TV: Rusiyanın Tehrandakı səfirliyinin həyətinin divarına dəyən beton qarışdıran maşında partlayış baş verib.

 

Bu gün sübh saatlarında yaşanan olayda mikser maşın iki digər avtomobillə toqquşduqdan sonra səfirliyin həyətinin divarlarına çırpılıb. Qısa müddət sonra maşın partlayıb və nəticədə sürücü ölüb.

 

Toqquşma və partlayışın şiddətindən divar tamamilə dağılıb. Maşının yaxınlıqdakı tikinti işi gedən əraziyə beton apardığı bildirilir.

 

Hadisə nəticəsində digər iki avtomobildə olan sərnişinlərdən 5-i ağır bədən xəsarətləri alıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar