SON XƏBƏRLƏR

Rusiyanın “Rosneft” şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Rusiyanın “Rosneft” şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Rusiyanın nəhəng “Rosneft” şirkəti İranla əməkdaşlığını dayandırıb. Bu barədə, “The Moscow Times” qəzeti, Rusiya neft sənayesi mənbələrinə istinadən dekabrın 13-də məlumat yayıb.

 

Məlumata əsasən, rus şirkətinin adlarının açıqlanmasını istəməyən rəsmiləri jurnalistlərə açıqlamalarında bildiriblər ki, “Rosneft” şirkəti Amerikanın sanksiyalarından ehtiyatlanaraq, İran Milli Neft Şirkəti ilə bağladığı və ümumi dəyəri 30 milyard dollar olan ortaq layihələrdə sərmayə qoyuluşunu ləğv edib.

 

Bildirilir ki, “Rosneft” və İran Milli Neft Şirkəti 2017-ci ilin noyabrında neft və qaz hasilatı üzrə bir sıra strateji və ortaq layihələr çərçivəsində birgə əməkdaşlığa dair bir neçə müqavilə imzalasalar da, sonradan “Rosneft” şirkəti sanksiyalar məsələsinə görə İran Milli Neft Şirkəti ilə əməkdaşlığını dayandırmaq qərarına gəlib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar