SON XƏBƏRLƏR

Ruslar Moskvada erməni kilsəsinin tikilməsinə etiraz edirlər

2021.10.20, 07:36
Ruslar Moskvada erməni kilsəsinin tikilməsinə etiraz edirlər

Gunaz.tv
Ruslar Moskvada erməni kilsəsinin tikilməsinə etiraz edirlər article_1213183939.gif "Ermənistanda rusların hüquqları pozulduğu halda, Moskvanın mərkəzində erməni məbədinin tikilməsi yolverilməzdir" Rus millətçiləri Moskvanın mərkəzində erməni kilsəsinin inşasına etiraz edirlər. Millətçi qurumlar Moskvanın mərkəzində bir neçə hektar yer zəbt edən ermənilərə qarşı davamlı mübarizə aparacaqlarını bildiriblər. Moskva hökumətinin ermənilərə məbəd tikmək məqsədilə ayırdığı ərazidə sonuncuların həm də biznes mərkəzi və mehmanxana tikməsi rusları hiddətləndirib. Çünki yeni tikinti uşaq baxçasının və parkın ərazisində salınır. Böyük Rusiya Partiyasının sədri Andrey Savelyevsə həm də məbədin tikilməsi əleyhinədir, Lider xəbər verir. Eks deputat hesab edir ki, Ermənistanda rusların hüquqları pozulduğu halda, Moskvanın mərkəzində erməni məbədinin tikilməsi yolverilməzdir. Moskvanın mərkəzində, həm də uşaq baxçasının ərazisini qanunsuz şəkildə zəbt edən və bununla da 22 min kvadrat metr əraziyə yiyələnən ermənilərə qarşı Rusiyanin milliyyətçi qurumları davamlı mübarizə aparmağa israrlıdır. Rusiyali milliyyətçilər öz etirazlarını piket və məktub şəklində bildirib. Növbəti aksiyanın mitinq olacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar