SON XƏBƏRLƏR

Vərziğanda ekoloji problem yaşanır

2022.06.01, 08:09
Vərziğanda ekoloji problem yaşanır

Gunaz.tv

Bölgədə yaşayan insanlar qızıl mədənində həyata keçirilən partlayışların 50 kilometr uzaqdan eşidildiyini, çevrənin çirklənməsi, əkin sahələrinin məhv olması, su qaynaqlarının kirlənməsi ilə yanaşı evlərində çatların əmələ gəldiyini bildirir.

Onlar qızıl mədəni ilə aralarında yalnız 500 metr məsafə olduğunu deyərək partlayışlardan dolayı yaranan toz buludları və zəhərli tullantılar nəticəsində əhalinin tənəffüs xəstəliklərinə yoluxduqlarını qeyd edirlər.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar