SON XƏBƏRLƏR

Sağlam: “Traxtur” dünya üzrə ən çox türk tərəfdarı olan komandadır / Acorlu: İran və Asiyanın çempionu olana qədər səylərimiz davam edəcək - VİDEO

2021.10.20, 07:36
Sağlam: “Traxtur” dünya üzrə ən çox türk tərəfdarı olan komandadır / Acorlu: İran və Asiyanın çempionu olana qədər səylərimiz davam edəcək - VİDEO

Gunaz.tv

GünAz TV: Yanvarın 19-da “Traxtur”un yeni baş məşqçisi, türkiyəli mütəxəssis Ərtoğrul Sağlam Təbrizə daxil olub. Hava limanında minlərlə “Traxtur” tərəfdarı tərəfindən coşqu ilə qarşılanan baş məşqçi Təbrizə gəldikdən bir neçə saat sonra Azərbaycan klubu ilə rəsmi müqavilə imzalayıb.

 

O müqaviləni imzalama mərasimində Azərbaycan klubunda baş məşqçi kimi fəaliyyət göstərəcəyindən olduqca məmnun görünüb.

 

““Traxtur” klubunun icraçı direktoruna gözəl təfəkkürünə görə xüsusi təşəkkür edirəm. Təbrizdə olmağımdam olduqca xoşhalam. Bu komandanın yaxşı keçmişi və 25 milyon tərəfdarı var. Belə bir komandaya baş məşqçi olmaq mənim üçün böyük şərəfdir. Dostlarım Türkiyədə səfər edəcəyim yer haqda soruşunca dedim ki, komandası dünya üzrə ən çox türk tərəfdarına malik olan şəhərə gedirəm. Mən burada özümə oxşar insanlarla rastlaşdım. Ötən gecədən yaşadığım anlar göstərdi ki, sanki öz ölkəmdəyəm”- deyə o bildirib.

 

Yeni baş məşqçi klubdakı fəaliyyətinin gələcəyi ilə bağlı qeyd edib ki, “hamımızın üzərinə böyük məsuliyyət düşür. Biz birlikdə fəaliyyət edərək hazırkı vəziyyəti dəyişməyə çalışmalıyıq. Çox danışmaq deyil, çox iş görmək vaxtıdır. Allah bizi utandırmasın. Mən və dostlarım böyük məsuliyyət hissi keçiririk, ona görə də çox ciddi çalışmağa qərar vermişik. Burada hamı xoşniyyətlidir. İnanıram ki, Allah özü bu qədər xoşniyyətli insanların mənsub olduğu əhaliyə yardım edər.”

 

Tərəflər arasında müqavilə imzalandıqdan sonra  “Traxtur”un icraçı direktoru Mustafa Acorlu da gələcəklə bağlı ümidverici sözlər söyləyib. ““Traxtur” yeni mərhələyə qədəm qoyub. Biz öz keçmişimizi bilirik. Ağır vəziyyətdə “Traxtur”a yardım edənlərə öz təşəkkürümüzü bildiririk. Allahın köməyi və komanda tərəfdarları və yeni baş məşqçinin sayəsində nəinki İran, hətta dünyada sayılıb-seçilən bir komandaya çevriləcəyik. Biz “Traxtur”u İran və Asiyada çempion etməyi planlaşdırırıq. Bu hədəfə çatana qədər öz fəaliyyətimizi davam etdirəcəyik”- deyə Azərbaycan klubunun icraçı direktoru bildirilib.

 

Xatırladaq ki, Ə.Sağlam yanvarın 19-da Təbrizə daxil olarkən hava limanında minlərlə komanda tərəfdarları tərəfindən coşqu ilə qarşılanıb. Qarşılama mərasimində  Gənclər milli şüarlar səsləndirib və Azərbaycan rəqsi nümayiş etdiriblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=13&v=tUZ5I4ry_bo

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar