SON XƏBƏRLƏR

Şahsevən türk şair xərçəngə tutulub – Savə zindanında / GÖRÜNTÜ

2021.10.20, 07:36
Şahsevən türk şair xərçəngə tutulub – Savə zindanında / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Savə zindanında məhbus həyatı yaşayan Şahsevən elinə mənsub şairin həbsxanada sümük iliyi xərçənginə tutulduğu bildirilir.

 

“Əmir Səlamət türkcə tənqidi şeirlər yazdığı üçün, onları heç bir yerdə çap etdirmədiyi halda, 4 il həbs cəzasına məhkum edilib. O Savə zindanında 1.5 il həbsdən sonra sümük iliyi xərçənginə mübtəla olub, yaxın zamanda əli kəsilə bilər.”

Bu sözləri Əmir Tənha adlı bir siyasi fəal Twitter səhifəsində yazıb.

 

Siyasi fəal bu barədə geniş məlumat yaymayıb, hələlik azərbaycanlı şairin nədə ittiham olunduğu bəlli deyil.

 

Saytımızda mövzu ilə bağlı daha ətraflı məlumat yayılacaq.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar