SON XƏBƏRLƏR

Salehi: “İran nüvə razılaşmasından sonra 24 ton uran istehsal edib”

2021.10.20, 07:36
Salehi: “İran nüvə razılaşmasından sonra 24 ton uran istehsal edib”

Gunaz.tv

GünAz TV: İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, ölkəsi 2015-ci ildə nüvə razılaşması imzalanandan sonra 300 kiloqram deyil, 24 ton uran zənginləşdirib.

 

Salehi bu fikirləri iyulun 28-də Milli Məclisin “Vilayət Tərəfdarları Fraksiyası”nda çıxış edən zaman səsləndirib.

 

Qeyd etmək lazımdır ki, İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əsasən, rəsmi Tehran uranı yalnız 3.67% həddində zənginləşdirə və 300 kiloqram civarında uran ehtiyatı saxlaya bilər. Bundan başqa, İran artıq qalan uranı digər ölkələrə göndərməlidir.

 

Salehi 24 ton həcmində zənginləşdirilmiş uranın digər ölkələrə satılıb-satılmaması və texniki xüsusiyyətləri haqqında heç nə deməyib.

 

Donald Tramp administrasiyası dəfələrlə bəyan edib ki, İran nüvə razılaşmasını ilk günlərdən pozub.

 

İyulun 7-də isə İran öz nüvə öhdəliklərini azaltmaqla bağlı “2-ci addım”a başladığını və bununla da uranın zənginləşdirilməsiylə bağlı heç bir məhdudiyyətə əməl etməyəcəyini bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar