SON XƏBƏRLƏR

Salehidən Avropaya xəbərdarlıq: “İranın səbir kasası daşmaqdadır”

2021.10.20, 07:36
Salehidən Avropaya xəbərdarlıq: “İranın səbir kasası daşmaqdadır”

Gunaz.tv

GünAzTV: İranla Avropa arasında 3-cü nüvə əməkdaşlığı seminarına qatılmaq üçün Brüsselə səfər edən İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi noyabrın 27-də jurnalistlərə açıqlamasında, İranın səbrinin tükənməkdə olmasından danışıb.

 

Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federiko Moqerini ilə görüşdən əvvəl jurnalistlərə açıqlama verən Salehi, Avropaya xəbərdarlıq edərək bildirib ki, Amerikanın Tehrana qarşı sanksiyaları gücləndirməsindən sonra,  Avropanın İranla neft müqavilələrini davam etdirəcəyi barədə verdiyi vədlərin icrasını ləngidilməsi, İranı məyus edib: “Əgər İran nüvə sazişinin (“Bərcam”ın) iqtisadi mənafeyindən bəhrələnməsə, biz uranın 20 faiz dərəcəsində zənginləşdirməsi ilə bağlı fəaliyyətimizi yenidən bərpa edə bilərik. Bu sazişin bizə iqtisadi faydası olmayacaqsa, o zaman biz bu sazişdə niyə qalmalıyıq ki.

 

Əgər biz neftimizi sata bilməsək və beynəlxaq maliyyə şəbəkəsinin pul köçürülməsi ilə bağlı xidmətindən istifadə edə bilməsək, hesab edirəm ki, nüvə sazişinin qorunub saxlanılmasının bizə xeyri olmayacaq. Mən, xanım Moqerini ilə görüşdə bildirəcəyəm ki, Avropanın bizə verdiyi vədlərin icrası ilə bağlı təyin etdiyi vaxt artıq başa çatır və İranın verilən vədlərin icra olunmamasından səbir kasası daşmaqdadır”.

 

Xatırladaq ki, Salehi noyabrın 26-da Brüsseldə Avropa Birliyinin enerji və iqlim dəyişikliyi üzrə komissarı Miguel Arias Canete ilə birgə jurnalistlər qarşısına çıxaraq, nüvə sazişinin icrasının ləngidilməsindən gileylənmişdi. O bildirmişdi ki, əgər İran nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsə, indiki vəziyyət çox davam etməyəcək: “Hesab edirik ki, Avropa Birliyinin İranın nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xəşagəlməz nəticələri olacaq. Düşünürük ki, sözdən artıq əmələ keçmək lazımdır. Çünki hazırkı vəziyyətin nə vaxta qədər davam edəcəyi haqda proqnoz vermək çətindir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar