SON XƏBƏRLƏR

Salmas Səhiyyə İdarəsinin rəisi dializ mərkəzinin imkanlarının məhdud olmasından şikayətlənib

2021.10.20, 07:36
Salmas Səhiyyə İdarəsinin rəisi dializ mərkəzinin imkanlarının məhdud olmasından şikayətlənib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Salmas şəhərində dializ mərkəzi xəstələrinin tələblərinə cavab verə bilmir.


Bu barədə Salmas Səhiyyə İdarəsinin rəisi Həmidrza Cabbari “İrna” xəbər agventliyinə danışıb.


“Bizim 15 çarpayılıq dializ mərkəzimiz var, imkanlarımız çox məhduddur. Dializ xəstələri üçün daha geniş məkana ehtiyac var. Məsullar və xeyriyyəçilər bu istiqamətdə əlavə işlər görməlidir.”- deyə o bildirib.


H.Cabbari son illərdə dializ xəstələrinin sayının kəskin artdığını da diqqətə çatdırıb. O vurğulayıb ki, yalnız ötən bir il ərzində Salmasda dializ xəstələrinin sayı 25 nəfər artıb. Bu, Salmas kimi bir şəhər üçün kiçik rəqəm deyil. İndiki imkanlarımız xəstələrin tələblərinə cavab vermir.

“Dializ mərkəzinin binası bir xeyriyyəçi tərəfindən tikilib. Bu bina daha da genişlənməlidir. Məsullar xüyriyyəçilərlə birlikdə yarımçıq qalan binada işlərin yekunlaşmasına yardım edərsə, şəhərdə dializ xəstələrinin problemləri öz həllini tapar.”- deyə Salmas Səhiyyə İdarəsinin rəisi qeyd edib.


Qeyd edək ki, Salmasın 200 min əhalisi var, bu şəhər Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyanın 200 kilometrliyində yerləşir.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar