SON XƏBƏRLƏR

Salome Zurabişvili: "Hadisələrin gərgin inkişafı və qeyri-sabitliyin kimin üçün əlverişli olduğunu təxmin etmək asandır"

2021.10.20, 07:36
Salome Zurabişvili: "Hadisələrin gərgin inkişafı və qeyri-sabitliyin kimin üçün əlverişli olduğunu təxmin etmək asandır"

Gunaz.tv

GünAz TV: Gürcüstan prezidenti Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkədəki səfiri vəzifəsinin icraçısı, Avropa Birliyi nümayəndəliyinin rəhbəri, habelə Almaniyanın, Britaniyanın, Fransanın, İtaliyanın, Hollandiyanın, Polşanın (Ləhistan), Bolqarıstanın, Estoniyanın və Litvanın Gürcüstandakı səfirləri ilə görüşüb.

 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında bildiriblər.

 

"Prezident görüşdə qeyd edib ki, o, vəziyyətin sabitləşməsi üçün bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır, hansılarda ki, qeyri-sabitliyə çağırış yoxdur", - deyə bildirilib.

 

Zurabişvilinin sözlərinə görə, "regionda yaranmış vəziyyətə əsaslanaraq, Gürcüstan sabitliyin "mərkəzidir".

 

"Beləliklə, təxmin etmək asandır ki, hadisələrin gərgin inkişafı və qeyri-sabitlik kimin üçün əlverişlidir", - deyə Gürcüstan prezidenti əlavə edib.

 

Bu arada iyunun 21-də Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidzenin istefa verdii bildirilir. Bu ölkədə son günlərdə başlayan etiraz aksiyaları ilə əlaqədar baş verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar