O, ailəsi ilə telefon danışığı zamanı bazar günü həbs olunduğunu bildirib.
Gunaz.tv
Ərdəbil şəhərində yaşayan güneyli mədəni fəal və Traxtur futbol komandası tərəfdarlarının Ərdəbildəki başçılarından olan Saman Bidar yaxınları ilə telefon danışığında 28 fevral, bazar günü təhlükəsizlik məmurları tərəfindən saxlanıldığını deyib.
Bidar ailəsinə bildirib ki, saxlanılandan bir gün sonra, fevralın 29-da Ərdəbil İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “hökumətə qarşı təbliğat” olduğu bildirilib.
Mədəni fəal müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra Ərdəbil həbsxanasına köçürüldüyünü söyləyib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri saxlanılan şəxslərin barəsində informasiyanın yayılmaması üçün onların ailə və yaxınlarına təzyiq göstərir. Bu səbəbdən bir sıra hallarda saxlanılanlar barəsində və onların məruz qaldıqları işgəncələrlə bağlı məlumatlar ya gec yaılır yada ümumiyyətlə yayılmır.
C.E