SON XƏBƏRLƏR

Sanksiyalara rəğmən, Rusiya İrana nüvə yanacağı göndərib

2021.10.20, 07:36
Sanksiyalara rəğmən, Rusiya İrana nüvə yanacağı göndərib

Gunaz.tv

GünAz TV: Rusiya sanksiyalara baxmayaraq, İrana Buşehr atom elektrin stansiyasında fəaliyyətlərini davam etdirmək üçün nüvə yanacağı təhvil verib.

 

Bu barədə məlumatı Rusiyanın Tehrandakı səfiri bəyan edib. Beynəlxalq sanksiyalarla ziddiyyət təşkil edən bu addımın Amerika Birləşmiş Ştatlarının etirazına səbəb olacağı gözlənilir.

 

Yanacağın verilməsinin Buşehr nüvə təsisatının fəaliyyətini davam etdirə bilməsi üçün zəruri adlandıran səfir rəsmi Moskvanın Tehranla nüvə sahəsində əlaqələrə "xüsusi əhəmiyyət" verdiyini deyib. Lakin o, təhvil verilən yanacağın miqdarını açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları 2018-ci ildə nüvə razılaşmasından çıxdıqdan sonra İrana qarşı yenidən sanksiyalar qəbul edib. Rusiya 3 Avropa ölkəsi- Almaniya, Fransa və İngiltərə ilə birlikdə razılaşmanın qorunub saxlanmasının tərəfdarıdır.

 

Rəsmi Moskva dəfələrlə İranın nüvə silahına sahib olmaq imkanı barədə xəbərdarlıq etsə də, bir çox hallarda bu ölkənin nüvə proqramının dinc məqsədli olduğunu iddia edir.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar