SON XƏBƏRLƏR

Sanksiyaların yaratdığı problemlərə görə əfqanlar İranı Avropaya doğru tərk edirlər

2021.10.20, 07:36
Sanksiyaların yaratdığı problemlərə görə əfqanlar İranı Avropaya doğru tərk edirlər

Gunaz.tv

GünAz TV: “Reuters” agentliyi sanksiyaların yaratdığı iqtisadi problemlər səbəbindən İrandan Avropa ölkələrinə gedən əfqan mühacirlərinin sayının əhəmiyyətli dərəcə artdığı barədə məlumat yayıb.

 

Xəbərə əsasən, hazırda əfqanların sayı Avropa ölkələrinə sığınan suriyalı qaçqınlardan da çoxdur və onlar Avropa İttifaqı ölkələrinə qanunsuz yollarla mühacirət edən ən böyük miqrant qrup hesab edilirlər.

 

Ötən günlər ərzində Aİ Türkiyənin Suriyanın şimalında başlatdığı anti-terror əməliyyatları nəticəsində Avropa ölkələrinə sığınan suriyalıların sayının artacağını ehtimal etsə də, bu baş verməyib. Əksinə, hazırda bu ölkələrin, xüsusilə də Yunanıstanın ən böyük problemi ağır iqtisadi vəziyyət səbəbindən İranı tərk edən qanunsuz əfqan miqrantlarının axınıdır.

 

Avropa İttifaqının Gömrük Təşkilatının son statistikasında cari il ərzində Egey dənizi vasitəsilə Yunanıstana 18 mindən çox əfqanın gəldiyi qeyd edilir.

 

“Reuters”ə müsahibə verən avropalı rəsmilərdən birinin sözlərinə görə, bu mühacirlərdən böyük hissəsi İrandan gələn və ya həmin ölkədə doğulan əfqan miqrantlardır. O da bu halın çoxalmasının səbəbinin sanksiyalar səbəbindən İran iqtisadiyyatının iflic vəziyyətə düşməsi olduğunu bəyan edib.

 

Qeyd etmək lazımdır ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi bu ölkənin iqtisadiyyatını ağır vəziyyətə salıb. Son aylar ərzində İranda miqrant olan əfqanların bir çoxu ya öz ölkələrinə qayıdıb, ya da Avropaya doğru qeyri-qanuni yollarla mühacirət ediblər.

 

Bundan başqa, daha yaxşı həyat üçün digər ölkələrə gedən İran vətəndaşlarının da sayın da ciddi çoxalma müşahidə edilir. Bir müddət əvvəl Türkiyənin yaydığı rəsmi statistikada bu ölkədə ev alan İran vətəndaşlarının sayının 10 dəfələrlə çoxaldığı vurğulanırdı. Hətta cari ildə Türkiyədə ev almış xaricilərin sırasında İran vətəndaşları 1-ci yerdə qərarlaşıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar