SON XƏBƏRLƏR

Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq

2021.10.20, 07:36
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq

Gunaz.tv

GünAz TV: Koronavirusun yayılmasının qarşısının alınması üçün Şanxay sakinlərinə daha iki həftə evlərindən çıxmamaları üçün çağırış edilib.

 

“Shanghai Daily” qəzetinin məlumatına görə, bu tövsiyə ilə koronavirusa nəzarət və profilaktika üzrə xüsusi İşçi Qrupunun rəhbəri Çjan Venhun çıxış edib.

“Xahiş edirəm, daha iki həftə evdə qalın. Biz dincəlmirik, mübarizə aparırıq. Evdə qalan hər kəs virusla mübarizədə iştirak edir”, - deyə o, bildirib.

 

Ekspertin sözlərinə görə, infeksiyanın qarşısını almaq mümkündür, bir çox hallarda isə xəstəlik yüngül formada keçir.

 

O, həmçinin vurğulayıb ki, ən effektiv dərman pasientin öz immunitetidir.

 

Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb. Daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.

 

Məlumata əsasən, vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib. Bundan əlavə, 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb. oxu.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar