SON XƏBƏRLƏR

Sarabda Səhənd Məali döyülərək saxlanılıb

2021.10.20, 07:36
Sarabda Səhənd Məali döyülərək saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məali Hökmləri İcra edən Şöbənin məmurları tərəfindən saxlanılıb.

 

10 aylıq həbs cəzasını çəkmək üçün öz iş yerində yaxalanan fəal saxlanılarkən təhlükəsizlik qüvvələri  tərəfindən təhqiramiz şəkildə döyülüb. Bu barədə hadisənin şahidləri məlumat verib.

 

Fəal mayın 2-də saxlansa da bu haqda yenicə məlumat yayılıb.

 

İnformasiyaya görə, təhlükəsizlik qüvvələri fəalın azyaşlı bacı oğlusunun gözü qarşısında belə bir vəhşiliyə yol veriblər.

 

Səhənd Məali ötən il iyul ayında Babək qalası yürüşü ilə əlaqədar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

“Bildiriş yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

 

O həmçinin, Vəhid Nurməhəmmədi, Məhəmməd Rəncbəri və Heydər Müzəyyəni ilə birlikdə 2018-ci il dekabrın 31-də Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu dəfə də “bildiriş yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamla üzləşən fəal bir neçə gün saxlandıqdan sonra 300 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.

 

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi, Sarab İnqilab Məhkəməsinin fəal barəsində çıxardığı 10 aylıq həbs qərarını aprel ayında təsdiqləyib. Məlumata görə, Səhənd Məali “bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs cəzasına məhkum edilib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar