SON XƏBƏRLƏR

“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

2021.10.20, 07:36
“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

Gunaz.tv

GünAz TV: Fransanın Lion şəhərində "sarı jiletlilər" hərəkatının iştirakçıları polis maşınına hücum ediblər.

 

“Qafqazinfo”nun yaydığı məlumata əsasən, həmin görüntülər polis maşınındakı şəxslər tərəfindən lentə alınıb. 

 

Nümayişçilər tıxacda qalan avtomobilə daş tullayıblar. Sükan arxasındakı qadın polis ağlamağa başlayıb. 

 

Fransa daxili işlər naziri Kristof Kastaner Tvitter hesabından baş verənləri "dözülməz şiddət" adlandırıb. 

 

Bununla yanaşı, ötən gün polis Parisdə 26 hərəkat üzvünü saxlayıb. Paytaxt küçələrinə təxminən 5000 nəfər çıxıb, bütün ölkə ərazisində isə onların sayı 41500-ə çatıb. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar