SON XƏBƏRLƏR

Sarkisyan istefa verdi

2021.10.20, 07:36
Sarkisyan istefa verdi

Gunaz.tv

GünAz TV: Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur olub.

 

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb: "Əziz soydaşlarım. Sizə sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatı mənim baş nazirliyimə qarşı keçirilir. Sizin tələbinizi yerinə yetirirəm”.

 

Namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülən Serj Sarkisyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilmişdi.

 

Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar