Qarabağda gərginlik: “Müharibə yenidən başlana bilər”-Partiya sədri

2021-06-09 12:07

​​​​​​​Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə cavab verib.

Gunaz.tv Quote | Gunaz article

Paşinyan bu təkliflə razı olduğunu deyərək Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb:

“Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Və rəsmi olaraq Əliyevə deyirəm - bütün əsirlərin əvəzinə oğlumu təklif edirəm”. 
Nikol Paşinyanın bu təklifi siyasi dəhlizlərdə seçkiqabağı populizm kimi dəyərləndirilir. 

Sabiq Milli Təhlükəsizlik nazirinin müavini, polkovnik, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Günaz.TV-yə açıqlamasında deyib ki, bu cür çıxışlar erməni cəmiyyətindəki mənəvi-psixoloji durumdan qaynaqlanır:

“Ermənistanda 44 günlük müharibədə gözləmədikləri halda məğlubiyyətə uğramalarından doğan çox ağır psixoloji durum var. Biz bunu nəticələrini indi görürük. 

Ermənistan bu cür mənəvi-psixoloji çöküş fonunda seçkiyə gedir. Seçkidə də hər zaman ekstremizmin, populizmin, radikalizmin yüksələn bir dövrü olur. Erməni cəmiyyətinin xarakterini, mahiyyətini nəzərə alsaq burada qeyri-adi bir şey yoxdu. Nikol Paşinyanın bu təklifi seçkiöncəsi xal qazanmağa hesablanmış bir gedişdir”.

Bəs Paşinyanın əleyhinə olan revanşistlərin qələbəsi mümkündürmü? Bu halda 10 noyabr Bəyanatı pozula bilərmi?

AzDP SƏDRİ SÜLHƏDDİN ƏKBƏR: "Rusiya Paşinyanı devirmək üçün düyməni basdı"  - MÜSAHİBƏ

Sülhəddin Əkbər deyib ki, hər şey hazırki sülhün qarantı olan dövlətdən asılıdır: “Açığı burada təminatçşı ölkə Rusiyadır. Bu baxımdan Rusiyadan çox şey asılıdır. Çünki revanşist qüvvələrin arxasında Rusiya dayanır. Hazırda Paşinyanın kifayət qədər gücü var. Adminstrativ rıçaqlar da onun əlindərir. Amma seçki günü və sonrası çox mühümdür.

Ermənistanda hər şey ola bilər. Rusiya və onun uzantıları olan “beşinci kolon” Emrənistanda hakimiyyəti ələ keçirmək üçün hərbi qiyama, dövlət çevrilişinə, hətta terrora əl ata bilər.  

Amma burada ABŞ, Avropa Birliyi, Fransa necə hərəkət edəcək, bundan da çox şey asılıdır. ABŞ-ın Ermənistanda fors-major durumlara hesablanmış müəyyən hazırlığı var. Bunu keçmişdə də görmüşük. Xüsusən Paşinyana qarşı kütləvi çıxşışlar zamanı bunu gördük. Bu baxımdan Azərbaycan bu hadisələri yaxından izləməlidir. 

Çünki sərhəddə və bizim ərazimizdə təxribatlar ola bilər. Bu cür hadisələr revanşist qüvvələrin xeyrinə ola bilər. Onlara Paşinyana “xain türk” deyirlər. Hesab edilər ki, Paşinyan torpaqları qoruya bilmədi, Zəngəzur dəhlizini də verməyə hazırlaşır”.

Bəzi ekspertlər hesab edir ki, nə qədər ki, Qarabağda silahlı erməni diversiya qrupları var və sərhədlər tam dəqiqləşdirilməyib, Azərbaycan son 30 ildə Türkiyənin yaşadığı durumu yaşaya bilər.
Sülhəddin Əkbər deyib ki, sərhədlərin demarkasiyası və delimitisiyası sona çatmayınca ermənilərin təxribatları davam edə bilər: “Nəinki diversiya qruplarının təxribatı davam edə bilər, hətta müharibənin yenidən başlanması ehtimalı da var. Bizim durumumuz Türkiyənin vəziyyətindən də ağırdır. 

Türkiyə böyük dövlətdir. Müdafiə və təhlükəsizlik baxımından bizdən xeyli güclüdür. Ərazisinə tam nəzarət edir. Türkiyə bölücü və terrorçu PKK-nı tamam bitirmək üzrədir. Bu baxımdan Türkiyə bizdən çox-çox irəlidədir”.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri Moskvaya qayıdıb

2021-06-24

gun az article

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub

2021-06-24

gun az article

Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı

2021-06-24

gun az article

Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

2021-06-24

gun az article

Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

2021-06-24

gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24