SON XƏBƏRLƏR

Səccad Şəhiri Ettelaat İdarəsinin təcridxanasına köçürülüb

2021.10.20, 07:36
Səccad Şəhiri Ettelaat İdarəsinin təcridxanasına köçürülüb

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Sulduz şəhərində tutulan güney azəraycanl milli-mədəni fəal saxlandıqdan iki gün sonra Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürülüb.


Fəalın yanvarın 18-də Ettelaat İdarəsinin təcridxanasına aparıldığı bildirilir.


Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən tutulub.


Verilən məlumata görə, təhlükəsizlik qüvvələri fəalın şəxsi avtomobilini dayandırıb, onu saxlayaraq naməlum istiqamətə aparıblar.


Fəalın şəxsi avtomobilinin təhlükəsizlik orqanına aparıldığı bildirilir.


Hələlik azərbaycanlı fəalın hansı səbəbdən saxlandığı məlum deyil.


Səccad Şəhiri bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar