SON XƏBƏRLƏR

Səccad Şəhiri saxlanılıb – Sulduzda

2021.10.20, 07:36
Səccad Şəhiri saxlanılıb – Sulduzda

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında saxlanılıb.

 

O Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən tutulub.

 

Verilən məlumata görə, təhlükəsizlik qüvvələri fəalın şəxsi avtomobilini dayandırıb, maşındakı sərnişini endirdikdən sonra onu saxlayaraq naməlum istiqamətə aparıblar.

 

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə məlumat yoxdur.

 

Fəalın şəxsi avtomobilinin təhlükəsizlik orqanına aparıldığı bildirilir.

 

Səccad Şəhiri bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar