SON XƏBƏRLƏR

Səhənd stadionunda saxlanılan “Traxtur” tərəfdarından daha ikisinin kimliyi müəyyənləşib, onlardan biri zindana aparılıb

2021.10.20, 07:36
Səhənd stadionunda saxlanılan “Traxtur” tərəfdarından daha ikisinin kimliyi müəyyənləşib, onlardan biri zindana aparılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 19-da Təbrizin “Traxtur” futbol klubu “Peykan” komandasını səhənd stadionunda qəbul edib.

 

Görüş zamanı bir çox “Traxtur” tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların arasında Culfadan olan Səid Sərahi və Makıdan olan Adnan Əzizi də var.

 

Adnan Əzizi

 

Oyun bitdikdən sonra stadionu tərk edərkən saxlanılan Səidin artıq Təbriz zindanına aparıldığı bildirilir, Adnanın barəsində isə heç bir məlumat yoxdur.

 

 

Əli Sərahi

 

“Traxtur” tərəfdarlarının ailə üzvləri məhkəməyə müraciət edərək onların hansı səbəbdən saxlandığı ilə maraqlanıblar, lakin onlara qaneedici cavab verilməyib.

 

Xəbər verdiyimiz kimi, cümə günü keçirilən görüşdə Azərbaycan futboluna qarşı ayrı-seçkiliyin dayandırılmasını tələb edən “Traxtur” tərəfdarlarına təhlükəsizlik qüvvələri tərəfindən güc tətbiq edilib. Rezin dəyənək və gözyaşardıcı qazla hücuma keçən hökumət qüvvələri komanda tərəfdarlarını döyərək onlardan bir çoxunu yaralayıb. “Təsnim” xəbər agentliyi hadisələr zamanı 50 nəfər “Traxtur” tərəfdarının xəsarət aldığını qeyd etsə də azərbaycanlı fəallar stadionda yüzlərlə soydaşımızın yaralandığı, onlarla tərəfdarın isə yaxalandığını bildirir. Fəalların sözlərinə görə, stadionda böyük izdiham yaşandığı üçün tutulanların kimiyini müəyyənləşdirmək mümkün olmayıb.

Saxlanılan “Traxtur” tərəfdarlarından bu saata qədər yuxarıda adlarını qeyd etdiyimiz soydaşlarımızdan əlavə, Qəzvindən olan Mehdi Həbibullahi və Sulduzdan olan Əli Dustniyanın kimliyi müəyyənləşdirilib, digər tutulanlar barəsində heç bir məlumat yoxdur.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar