Urmuda seçki öncəsi təxribat: Mühacirlər fitnəkarlığa başladı-VİDEO

2021-06-03 11:59

Şəhər şurası seçkiləri öncəsi Qərbi Azərbaycanın Urmu şəhərində təxribatlar başlanıb. 

Gunaz.tv Quote | Gunaz article

Şimali Xorasan əyalətindən olan kirmancı kürd müğənni Möhsün Mirzəzadə Qərbi Azərbaycan əyalətində keçiriləcək şəhər şurası seçkiləri öncəsi Urmu şəhərinə gələrək kürd adayların təşviqat prosesinə dəsətk verir.

Mlumata görə, o, açıqcasına mühacir kürdlərin iddialarını təbliğ edir.

Bir müddət öncə Möhsün Mirzəzadə Qərbi Azərbaycanda silahlı mühacir kürd qruplaşmalarına yaxınlığı ilə tanınan Məsud Şəmsnəjadla birgə Urmu gölünün kənarında yerləşən “Kazımxan Daşı” qalasının qarşısında kürd dilində mahnı oxumuşdu. 

Bunun İranın dövlət televiziyasında yayınlanan “Nun-X” serialında  göstərilməsi Güney azərbaycanlıların qəzəbinə səbəb olmuşdu.

 İndi isə Möhsün Mirzəzadə kürd geyimində fotosunu paylaşdığı statusunda Urmuda olduğunu bildirib və bu şəhəri kürd şəhəri adlandırıb. 
"Başınıza dolanım ki, icazə verdiyiniz bu geyimi sizin yanınızda, sizin şəhərinizdə və sizin torpağınızda əynimə geyinim. Bji  kurd (yaşasın kürd)”-deyə, o, sosial şəbəkədə yazıb.

O, öz statusunda kürd silahlı qruplaşmalarına və terror təşkilatlarına məxsus həştəglərdən istifadə edib.

Qeyd edək ki, kürd silahlı təşkilatları bundan öncə bəyanat yayaraq İranda keçirilən prezident seçkilərini boykot etməyə çağırıb. 

Ancaq onlar Qərbi Azərbaycanda yaşayan mühacir kürdlər Urmu, Salmas, Xoy, Tikantəpə, Makı, Sulduz və sayınqalada keçiriləcək şəhər şurası seçkilərində aktiv iştirak etməyə səsləyib.

Bundan öncə də qeyd olunan təşkilatlar İran parlamentinə keçirilən seçkiləri boykot etmiş, ancaq kürd silahlı təşkilatlarının nəzarətində olan mətbuat və televiziyalar vasitəsi ilə mühacir kürdləri Qərbi Azərbaycan şəhərlərində seçki məntəqələrində aktiv olmağa səsləmişdilər.

Təqdim etdiyimiz videolarda kürd kanallarının mühacirləri Qərbi Azərbaycan şəhərlərində seçkilərdə aktiv olmağa çağırşları ilə bağlı nümunələr əks olunub.

C.E


 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24