SON XƏBƏRLƏR

“Şəhrdari-Pas” müsabiqəsi bərabər hesabla yekunlaşdı

2021.10.20, 07:36
“Şəhrdari-Pas” müsabiqəsi bərabər hesabla yekunlaşdı

Gunaz.tv

GünAzTv: bu gün (noyabr ayının 12-i , Abanın 21-i) Yerli vaxtla saat  15:00-də Təbrizin “Şəhrdari” komandası ilə Həmədanın “Pas” taxımı arasında başlanılan futbol yarışı bu dəqiqələrdə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 15-ci həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Şəhrdari” komandası 2 qol vuraraq öz rəqibindən irəli düşə bildi.

 

İkinci hissədə isə “Pas” taxımı oyunçuları tərəfindən vurulan 2 qol oyunun hesabına bərabərlik gətirdi.

 

Bununlada müsabiqə (2 – 2) bərabər hesabla yekunlaşdı.

 

Şəhrdari 2 – Pas 2

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar