SON XƏBƏRLƏR

Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib- Təbrizdə

2021.10.20, 07:36
Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib- Təbrizdə

Gunaz.tv

GünAz TV: Təbriz Məhkəməsində güney azərbaycanlı milli-mədəni fəallar Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib.


Fevralın 5-də baş tutan məhkəmə prosesində fəalların hansı ittihamla üzləşdiyi məlum deyil.


Şəhruz və Şahin Bərzgər 2019-cu il oktyabrın 25-də mərhum mühəndis Əmaninin ildönümü mərasimi zamanı, mərasimdən əvvəl öz evlərində Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır.


Şəhruz Bərzgər saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.


İldönümü mərasimi ilə əlaqədar Təbrizdə toplam olaraq 8 azərbaycanlı milli-mədəni fəal yaxalanmışdır.


Yeni ittihamlarla üzləşən Şahin Bərzgər məhkəmə iclasından sonra yenidən Təbrizin Mərkəzi Zindanına aparılıb. O digər azərbaycanlı fəallarla birlikdə Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra bu şəhərin mərkəzi zindanına köçürülüb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar