SON XƏBƏRLƏR

Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb

2021.10.20, 07:36
Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb

Gunaz.tv

GünAz TV: Hazırda Tehranın Evin zindanında həbs olunan  azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb.

 

Mətinpur məzuniyyət (murəxəsi), mülaqat (görüş) və telefon əlaqəsi  hüquqlarından məhrum edilib.

 

Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri “Cərəs” saytının müxbirinə həyat yoldaşının ibtidai hüquqlarının pozulmasından danışıb. O bəyan edib ki, “həyat yoldaşım 2.5 ildir zindandadır. O, Bu müddətdə məzuniyyət hüququndan istifadə edə bilməyib. Nəinki onun məzuniyyəti ilə razılaşmırlar, hətta son 6 ayda onunla mülaqat belə kəsilib.”

 

Qeyd edək ki, Hazırda Tehranın Evin zindanında həbs olunan  azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur uydurma ittihamlar səbəbindən 8 il azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar