Səid Xətibzadə: “Amerika ilə danışıqlar aparmağa ehtiyac yoxdur”

2021-04-10 14:53

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 9-da CNN telekanalına müsahibəsində İranla Qərb arasında Vyanada aparılan yeni nüvə danışıqlarına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

Xətibzadə deyib ki, Amerika nüvə razılaşmasına qayıtmasından əvvəl İrana qarşı tətbiq etdiyi sanksiyaları tamamilə ləğv etməlidir.
“Sanksiyalar aradan qaldırılmayana qədər Vaşinqtonla istər birbaşa, istərsə də dolayısı yolla danışıqlar aparılmasına ehtiyac yoxdur. İranın mövqeyi tam bəllidir. Bizə qarşı tətbiq edilən bütün sanksiyalar ləğv edilməlidir. 


Hesab edirik ki, Bayden hökuməti bu istiqamətdə əməli addım atmalı, yalnız kağız üzərində yox, Tramp hökumətinin bu barədə buraxdığı səhvlərini düzəltmək niyyətində olduğunu göstərməlidir. 


Bundan başqa, Bayden hökumətində bəzi şəxslər Tramp hökumətindən daha çox İrana qarşı tətbiq edilən sanksiyaların davam etdirilməsinə israr edirlər. Bu isə qəbuledilməzdir. 


Bir daha təkidlə bildiririk ki, Vaşinqtonun nüvə razılaşmasına qayıtmasından əvvəl Tramp hökumətinin ölkəmizə qarşı tətbiq etdiyi bütün sanksiyalar aradan qaldırılmalı, hər şey 2017-ci ilin yanvar ayından əvvəlki şəraitə qayıtmalıdır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə CNN telekanalına müsahibəsində bildirib. 


Qeyd edək ki, İranın Vyanada 4+1 qrupu (Rusiya, Çin, Böyük Britaniya, Fransa) ilə yeni nüvə danışıqları aprelin 9-da davam edib. Amerika birbaşa danışıqlarda yoxdur və vasitəçilər müzakirələrin detallarını Amerikanın nümayəndə heyətinə çatdırırlar.

نیازی به مذاکره با آمریکا نیست

Müzakirələrin bu günə qədər nəticələri barədə hər hansı bir məlumat yayılmasa da, danışıqların gələn həftə davam etdiriləcəyi bildirilir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21