Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19 16:03

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 19-da mediaya açıqlamasında Qarabağ münaqişəsindən, İran ərazisinə düşən raket və mərmilərdən və rəsmi Tehranın buna münasibətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


O deyib ki, ölkə ərazisinə mərmilərin düşməsi ilə bağlı İran hökuməti münaqişə tərəfləri olan Azərbsycan və Ermənistana xəbərdarlıq edib: “Vətəndaşlarımızın təhlükəsizliyi bizim qırmızı xəttimizdir. Biz regionda baş verən olayları diqqətlə izləyirik. Silahlı qüvvələrimiz isə elə ilk gündən hər iki ölkəyə lazımi xəbərdarlığı ediblər və bu məsələ müxtəlif səviyyələrdə araşdırılıb.


Biz, münaqişə tərəflərinin bu məsələ ilə bağlı verdiyi bəzi izahatlarını eşitmişik. Lakin bu bizim üçün qəbuledilməzdir. Hesab edirik ki, İran ərazisinə qarşı edilən hər hansı bir təcavüzə uyğun cavab veriləcək. Ümid edirik ki, münaqişə tərəfləri tam ayıq-sayıq tərpənəcək, bölgədə başqa bir hadisənin baş verməsinə imkan verməyəcək.


"Virtual aləmdə Türkiyəyə bağlı təkfirçi qüvvələrin Qarabağ savaşında iştirakı ilə bağlı yayılan filmə gəlincə, bu videonu mən də görmüşəm. Bu çox iyrəncdir. Əlbəttə əgər həqiqətən baş veribsə. Biz bu kimi olayların oxşarını Suriyada görmüşük. Bu isə ciddi nigaranlığa səbəb olur. Biz regionda baş verənlərdən nigaranıq və bütün olayları yaxından izləyirik. 


Biz münaqişə tərəfi olan hər iki ölkə ilə təmasdayıq və onlara deyirik ki, bu savaşın nəzarətdən çıxmasına imkan verməsinlər. Biz onlara demişik ki, hərbçilərin və sivillərin hüquqlarına riayət etsinlər, şəhərlərə hücum etməsinlər və atəşkəslə bağlı üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalsınlar. Biz də regionun digər ölkələri kimi yardım etməyə çalışdıq ki, günahsız insnlar, mülki əhali və hətta əsirlər belə xəsarət almasınlar. 


Gəncə hadisəsinə gəldikdə isə, biz beynəlxalq hüquqa zidd olan savaşdan və zorakılıqdan hər hansı bir istifadəni rədd edirik. Bu İranın mövqeyidir. Mən həm Azərbaycan, həm də Ermənistan üçün vacib olan bir ifadə işlədirəm. O da budur ki, məqsədə nail olmaq üçün istənilən vasitəyə əl atmaq düzgün deyil və qəbuledilməzdir. Biz dəfələrlə həm Azərbaycan, həm də Ermənistan tərəfinə demişik ki, biz kimsənin başının kəsilməsini, hansısa bir şəhərin və günahsız insanların hücuma məruz qalmasını istəmirik” –deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə əlavə edib.


 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02

gun az article

XİN Fransa Parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

2020-12-02

gun az article

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

2020-12-02

gun az article

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02

gun az article

Komissiya: Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və mülki şəxslərin hüquqları tam təmin edilib

2020-12-02

gun az article

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis edilib

2020-12-02

gun az article

Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artmasından nigaran qaldığını bildirib

2020-12-01

gun az article

İranda daha 382 nəfər koronavirusdan ölüb, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2020-12-01

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2020-12-01

gun az article

Paşinyanın Rusiya səfəri ləğv edildi

2020-12-01

gun az article

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01

gun az article

İrəvanda etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb

2020-12-01

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

2020-12-01