SON XƏBƏRLƏR

Sel bölgəsinin türkmən əhalisi dövlət və Teleradio Şirkətinin laqeyd münasibətinə etiraz edir – VİDEO

2021.10.20, 07:36
Sel bölgəsinin türkmən əhalisi dövlət və Teleradio Şirkətinin laqeyd münasibətinə etiraz edir – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, son günlərdə yağıntıların artması səbəbindən “Türkmən səhra”nı sel bürüyüb. Təbii fəlakət nəticəsində iki uşaq həlak olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub.

 

Bir çox farsdilli mətbuat orqanının Güney Azərbaycanda baş verən təbii fəlakətlər kimi, bu hadisəni də işıqlandırmaması xüsusi diqqət çəkir. Təbii fəlakətdən əziyyət çəkənlər dövlət və Teleradio Şirkətinin laqeyd münasibətinə kəskin etiraz bildirir.

 

Sel fəlakətinə məruz qalan türkmən əhalisinin yemək, çadır, isti geyim, adyal və s. kimi yardımlara ehtiyacı var. Dövlətin bölgəyə göndərdiyi yardım olduqca məhduddur.

 

“Məsullar təbii fəlakət bölgəsinə gəlmir. Şəhər İcra Hakimiyyətinə müraciət edərək ekskavator tələb etdik, lakin bizi idarədən çölə çıxartdılar.”- deyə selə məruz qalanlardan biri deyib.

 

 

Bu barədə bölgə əhalisindən biri video yayaraq səsini məsullara çatdırmaq istəyib.

 

“Məsullardan xahiş eliyirem ki, “Ağ qala” əhalisinin dadına çatsınlar. Burada çox sayda ailə selə məruz qalıb. Onların yüzlərlə traktor və yük maşınına ehtiyacı var. Bölgəyə heç bir məsul gəlmir. Onlar ancaq iclas keçirir, artıq iclaslardan bezdik”- deyə o qışqıraraq deyib.

 

https://www.youtube.com/watch?time_continue=5&v=wfO99TIw4VY

 

Türkmən voleybolçu Fərhad Qaimi də rəsmi orqanların ayrı-seçkiliyinə qarşı bir mətn paylaşıb. O bildirib ki, “vicdansızlar, bu insanlar sizin həmvətənlərdir. Bu soyqırım deyilsə, bəs nədir?! Siz terrorçudan daha pissiniz, insanları diri-diri suda boğursunuz.”

 

 

Məşhur türkmən futbolçu Sərdar Azmun isə bu barədə İnstaqram səhifəsində məlumat paylaşıb. “Ağ qala” əhalisi sabah Qonbəddən sizə min pors yemək, çörək və mineral su gətirəcəm, sizi də yaxından görəcəm”- deyə o qeyd edib.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar